30 Nisan 2013 Salı

"Ramin Musayevə pul lazımdırsa, gəlsin 5-10 min manat verim"MÜSAHİBƏ



Azərbaycan Kubokunun yarımfinalında "Bakı" məğlub edən "Xəzər Lənkəran" finala adladı. Oyundan cənublu fanatlar meydana daxil olaraq sevincilərini futbolçularla bölüşdü. AFFA isə azarkeşlərə görə "Xəzər Lənkəran"ı 5000 manat cərimə edib. Lənkəran tərəfi isə bu qərardan narazıdır. Bununla bağlı "Xəzər Lənkəran"ın idman direktoru Babək Quliyev Sportal.az-a müsahibə verib.


- Azarkeşlərin meydana daxil olmasına görə “Xəzər Lənkəran” klubu 5 min manat cərimə olunub...
- Bu çox gülünc qərardır. Bu maddəni yazanın futboldan anlayışı yoxdur. Ona görə ki, Azərbaycan futbolunda hansısa hakim çıxıb hansısa komandanın evini yıxanda AFFA-da oturanlar deyir ki, bu futbolumuza rəngarənglik qatır. Bəs necə olur ki, azarkeşlərin meydana daxil olub, sevincdən futbolçuları qucaqlaması, sevinməsi futbola maraq qatmır? Orda heç kəsə xəsarət yetirən olmadı. Nə hakimlərə, nə də AFFA nümayəndələrinə bir kəlmə söz deyən olmadı. Çox absurd qərardır. Deməli hakimlər meydanda min hoqqadan çıxanda AFFA-da oturanla deyir ki, bu futbola maraq qatır, amma azarkeşlər meydana daxil olanda yox. 

- Bu ikinci hadisədir. “Neftçi” ilə Lənkəranda baş tutan oyundan sonrada azarkeşlər belə etmişdi və yenə klub cəzalanmışdı...
- Bu absurddur. Deyəsən AFFA-nın pulu azalıb. Gəlsinlər Mais Mənsimovdan xahiş edərik onlara 5-10 min manat verərlər. Burda məntiq yoxdur. Hakim bir komandanın bir ilə çəkdiyi əziyyəti bir oyunda yerə vurur. Buna deyirər ki, rəngarənlik qatır futbola. Əgər orda hakimə, futbolçuya və nümayəndəyə təzyiq olsaydı, o zaman bu qərarla razılaşardıq. Heç bir azarkeş polis tərəfindən tutlmadı. Bu sadəcə sevincdir. Futbol azarkeşlərin sevincidir. Əgər biz azarkeşin qarşısını alırıqsa, görün Azərbaycan futbolu nə gündədir? Bu biabırçılıqdır. Bu qərara məntiqsiz qərardır. 

- Bu barədə Azərbaycan futbolunda maddə var?
- Var, amma çox absurd bir maddədir. Təhlükəsizliyi təmin etmək nə deməkdir? Təhlükəsizlik odur ki, heç kimə təzyiq olmasın. Orda da heç bir təzyiq heç kəsə olmayıb. Bu AFFA –da oturanla çıxıb deyir ki, hakim qərarı oyuna rəngarənlik qatır. Gülməlidir. Hakim səhvi ağırdır, yoxsa sevincini meydanda futbolçularla bölən azarkeşlərin stadiona daxil olması? Bu futbol başbilənləri özləri özlərinə düşmən qazanırlar. Əgər bizi cərimələyirsinizsə, o zaman efirdə deməyin hakim qərarı futbolumuza rəngarənglik qatır. Mən müqayisə edirəm ki, hakim qərarı ağırdır, yoxsa azarkeşin stadiona girməsi. Hansı futbolumuza rəngarənglik qatır? Ramin Musayev çıxıb efirdə hakim qərarlarının futbola rəngarənglik qatdığını deyir. Ona pul lazımdırsa, gəlsin 5-10 min manat verim.

- Bununla bağlı şikyət yazacaqsınız?
- Rəhbərliklə məsləhətləşib qərar verəcəyik.

- Digər cərimələrlə razsınız?
- Bəli digər 6 min manat cərimə ilə razıyıq. Meydana kənar əşya atılıb, 4 futbolçumuz sarı vərəqə alıb və Elnur Allahverdiyevin qırmızı vərəqə alması. Bunlar düzgündür. Amma azarkeşin meydana çıxmasına görə cəza vermək absurddur. Komandamız finala çıxıb və azarkeşlər onlarla sevincini bölüşüb. Lənkəranlı fanatlar üçün futbol bayramıdır bu. Əgər buna icaze yoxdursa, gedək başqa işlə məşğul olaq. Futbol bayramının qarşısını almaq olar? Belə hadisələr dünya futbolunda olur. Buna görə heç kəsə cəza vermirlər. Təhlükəsizlik təmin olunub. Bizə xəbərdarlıq edə bilərdilər. Amma birbaşa bu belə cəza kəsmək hansı məntiqə sığır?

Elsevər MƏMMƏDOV