9 Nisan 2013 Salı

Mirça Rednik – 51



“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Mirça Rednik bu gün 51-ci doğum günün qeyd edir.

“Xəzər Lənkəran” klubuna sonuncu dəfə Azərbaycan kubokunu qazandıran və “ağ-yaşıl” rənglərə könül verən azarkeşlərin sevimlisi olan Rumıniyalı mütəxəssis ölkəmizdə çalışdığı müddətdə futbol qurumlarının müxtəlif təzyiqləri ilə üzləşirdi. Elə bəzi media nümayəndələri də gah diqqət mərkəzinə düşmək naminə gah da futbol qurumları rəhbərlərinin və “Neftçi” rəhbərliyinin xoşuna gəlmək xətrinə Redniki yerli yersiz tənqid edirdilər. Hakim qərəzinə qarşı etiraz əlaməti olaraq papağını yerə çırpdığına görə 5000-manat cərimə olunaraq 5-oyunluq da cəzalandırılan Mirça Rednikə qarşı komandanın daxilində də xüsusi qüvvələr yetişdirməyə nail olan AFFA və PFL nəhayət 2011-ci ilin dekabr ayının 4-də istəyinə çatdı. O, azarkeşlərin istefa tələbi olmadan “Xəzər Lənkəran”la yollarını ayırdı və onun gedişindən sonra komanda özünə gələ bilmədi. Bəli, onun gedişindən sonra “Fırtınalar meydanı”nda tribunalar da azarkeşlərə həsrətlə baxdı… Həmin ərəfədə “Xəzər Lənkəran”ın bir fan klubu qatı şəkildə Rednikə qarşı təbliğat aparmaqla öz yaranışının qayəsində olan iyrəncliyi göstərirdisə, digəri loyal münasibətlə yadda qalır, o birisi ümumiyyətlə ikili oyun oynayırdı. Müətərəqqi düşüncəli azarkeşlərimizlə birgə “12-ci oyunçu” azarkeş qrupu və “Bosman” fan klubu haqqın tərəfində qalaraq sona qədər öz sözünü dedi. Nəhayət zaman hər şeyi öz yerinə qoydu və sübut olundu ki, turnir cədvəlinin ilk pilləsində qərarlaşan və ən yaxın izləyicisindən 7-xal öndə olan komandanın baş məşqçisinə qarşı çıxmaq, elə komandanın uçuruma yuvarlanmsı üçün atılan addım idi. Redniki “vurmaq” istəyənlər əslində bu yolla “Xəzər Lənkəran”ı bütün mənalarda vurdular da yıxdılar da, ikinci altılığa göndərdilər də. Təəssüf ki, gün kimi aydın olan bu sadə həqiqəti anlamaqdan ötəri bəzilərinə müəyyən müddət lazım oldu. Halbuki bizlər vaxtında həm klub rəhbərliyini həm də azarkeşləri xəbərdar edərək komandanın sonrakı müddətdə arzuolunmaz vəziyyətlərlə üzləşə biləcəyini bildirirdik. Özü də hər dəfə də car çəkərək bunu edirdik. Məhz Rednikin çalışdığı müddətdə və onun istefaya getməsindən sonra “Xəzər Lənkəran” klubunda və ətrafında baş verənlər sübut etdi ki, “Xəzər Lənkəran”ı qəlbən sevməklə həm də camiənin daim xeyri naminə çalışanlar yalnız bizlərik. Daha özünü “Xəzər Lənkəran”ın fan klubu kimi elan edib şəxsi ambisiyalarını ortaya qoyanlar və araqarışdırmaqla özlərini reklam etmək istəyənlər, AFFA və PFL-lə gizli görüşlər keçirib bu görüşlərdən müxtəlif formalarda bəhrələnənlər, “Xəzər Lənkəran”ın şərəfsiz yollarla titullar qazandığını iddia edən dəymədüşər jurnalistlərin əlində oyuncaq olanlar  yox. Mirça Rednikin istefasından müəyyən müddət keçdikdən sonra ortaya çıxaraq sosial şəbəkələrdə onun fotolarını yayıb müxtəlif fikirlərlə diqqət çəkmək istəyən bəzi fan klublar və onlara yaxın olanlar lazımi məqamda bizim haqq səsimizə səs verməmişdilər. O vaxt susanlar indi özlərini elə göstərməyə çalışırlar ki, güya bunlar Rednikin gedişinə mane olmağa çalışanlar idi. Yox əsla belə deyil. Klub rəhbərliynin qətiyyətsizlik nümayiş etdriərək baş məşqçinin müdafiəsinə qalxa bilməməsi üzündən Mirça Rednikin gedişi ərəfəsində biz bütün varlığımızla həyacan təbilini çalanda indi özlərini “yaxşı oğlan”lar kimi göstərməyə çalışanlar meydanda yox idilər. Bunlar yalnız yağışdan sonra bitən göbələklər kimi özlərinə sərf edən məaqmı gözləyirdilər. Lakin artıq maskalar cırılıb və kimin kim olduğu aşkar görünür. Bunu görməyən gözlər isə kordur !
Vaxtında səsimizə səs verməyərək Rednikin gedişinin qarşısını almaqda bizə dəstək olmayanlar indiki məqamda heç olmasa Con Toşaka lazımi dəstəyi verməyin vacibliyini görəsən anlayırlarmı? Yoxsa növbəti bəlalrın qarşısını almaq mümkün olayacaq. Axı Rednikin gedişindən sonra “Xəzər Lənkəran” komandasının hesabından 6-xal silinmişdi. Düzdür sonradan silinən xallar geri qaytarıldı. Amma onu da düşünmək lazımdır ki, məgər FİFA tez-tezmi belə səhvlər edir? Nəyə görə belə bir hal məhz “Xəzər Lənkəran”ın başına gəlməli idi, özü də Rednikin gedişindən sonra? Komandanın hazırda ikinci altılığa düşməsinin səbəblərini anlamaq üçün məgər hansısa ali təhsiliəmi və ya peşəakar futbol biliyinəmi, yaxud hansısa fövqəlbəşər görücülük qabiliyyətinəmi sahib olmaq gərəkdir? Məgər baş verənlərdən sonra da başa düşülmədimi ki, “Xəzər Lənkəran”ın “Neftçi”yə 0:5 hesablı məğlubiyyəti bir qurama tamaşa idi? Anlamaq o qədər çətindirmi ki, Rednikin gedişindən sonra “Xəzər Lənkəran”ın lehinə az qala hər 3-oyundan bir penalti verilməsinin səbəbi elə AFFA və PFL-in komandamıza hədiyyəsi idi? Həmin epizodların video görüntülərini təqdim etməyə ehtiyac varmı?
***
Mirça Rednik “Xəzər Lənkəran”dan ayrıldıqdan sonra məşqçilik karyerasında geriləmədi, əksinə irəli getdi. Hazırda o, Azərbaycan Premyer Liqasından qat qat səviyyəli Belçika çempionatında çıxış edən “Standard” klubunun baş məşqçisidir.  Onun vaxtı ilə “Xəzər Lənkəran”a gətimək istədiyi səviyyəli futbolçular da “Standard”ın formasını geyinirlər.
Elə “Xəzər Lənkəran” klubu da hazırda növbəti yükəliş dövrünü yaşamaq üzrədir. Beləki, komandamızın yeni baş məşqçisi dünya şöhrətli Con Benjamin Toşakdır. Növbəti mövsümdə
 10-illik yubileyini qeyd edəcək klubumuzun sahibi Mübariz Mənsimov da Tşaka hər cürə dəstək olacağını və istədiyi futbolçuların transferinin gerçəkləşəcəyini mətbuata açıqlamasında xüsusi qeyd etmişdir. Heç olmasa bundan sonra komandanı uçuruma yuvarlamaq istəyənləri ifşa edək və birgə çalışaraq “Xəzər Lənkəran”a əvvəlki möhtəşəmliyini qaytaraq. Məgər səhvlərdən nəticə çıxarmağın vaxtı deyilmi?
 Sonda Mirça Redniki doğum günü münasibəti ilə təbrik edirik. Ona həyatda, həmçinin karyerasında uğurlar arzulayırıq.

12cioyuncu.info