6 Nisan 2013 Cumartesi

Con Toşak: Komandamız 5 qol da vura bilərdi



“Birinci hissdə rəqib yaxşı oynadı. Fikrimcə, 2:0 hesabı ilə uduzmağa layiq deyildilər”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.

Uelsli mütəxəssis Topaz Premyer Liqasında səfərdə “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə fikirlərini açıqlayıb: “İkinci hissədə bizim futbolçular daha yaxşı oynadılar. Bəzi epizodlardan yararlana bilmədik. Fikrimcə, komandamız 3, 4, hətta 5 qol da vura bilərdi. Dəyişikliyə gəlincə, bu haqda danışmaq hələ tezdir”.