6 Nisan 2013 Cumartesi

“Biz nəinki Arşavini, ondan da məşhur futbolçu gətirə bilərik”



“Andrey Arşavinlə kimin maraqlandığından xəbərim yoxdur”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov deyib.

Komandanın yaradıcısı olan tanınmış iş adamı “Arsenal”ın formasını geyinən Arşavinin Lənkəran təmsilçisinə transfer ediləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Mənsimovun sözlərinə görə, uelsli baş məşqçiləri Con Toşak kimi istəsə, onu da alacaqlar: “Toşak kimi istəyəcəksə, onu da gətirəcəyik. Adlı-sanlı futbolçulara gəlincə, biz nəinki Arşavini, ondan da məşhur futbolçu transfer edə bilərik”.

Qeyd edək ki, irəliləyən saatlarda Mübariz Mənsimovun geniş müsahibəsi saytımızda dərc olunacaq.