13 Nisan 2013 Cumartesi

Con Toşak Komandadan Narazılıq Etdi...



Matçdan sonra keçirilən mətbuat konfransında baş məşqçimiz Con Bencamin Toşakın oyun haqqında fikirləri belə oldu:

"Bu oyuna görə çox məyusam.Rəqib komanda çox gözəl oyun nümayiş etdirdi. Onlar sona qədər əzmkarlıqla mübarizə apardılar. Turnir cədvəlindəki vəziyyətləri onları buna məcbur edirdi. Biz isə matçdan bu oyunla bir xalla ayrıldığımıza görə şükür etməliyik. Düzdür heyətdə bəzi itkilər vardı. Alvaro Silva zədəli, Rahid Əmirquliyev kart cəzalısı idi. Üstəlik Ağabala Ramazanov da əsgərlikdə olduğu üçün bizimlə deyildi. Bununla belə, qələbə qazana bilməmişik deyə, bunu bəhanə etmək olmaz Biz bir çox şeyləri gələcəkdə dəyişdirmək məcburiyyətindəyik".