17 Nisan 2013 Çarşamba

“Bakı” – “Xəzər Lənkəran” - 1:0


Bu gün Azərbaycan kubokunda ilk yarımfinal oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın uelsli baş məşqçisi Con Toşak Azərbaycan kubokunda debüt edərək, ilk ciddi sınaq qarşısında olub. 


Belə ki, Avropaya çıxmağa son şansı ölkə kuboku olan lənkəranlılar turnirə böyük önəm verərək, finala çıxmağa iddialı idi. “Bakı” rəqibindən fərqli, ilk “altılıq”da olsa da, çempionatda mükafat zonasından aralı olduğundan əsas gücünü kuboka saxlamışdı. Bu mənada Avroliqaya vəsiqəni ölkə kubokunda qazanmağa ümid edən komandaların maraqlı mübarizəsi gözlənilirdi.

Paytaxtda baş tutan görüşdə meydan sahibləri minimal hesablı qələbə qazanaraq, cavab oyuna üstünlüklə yollanmağı bacarıblar. Toşak isə Azərbaycan kubokunun debüt matçında məğlubiyyətlə üzləşib.


“Bakı” – “Xəzər Lənkəran” - 1:0
QOL: Marius Pena, 84
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu

“BAKI”: 1. Kamran Ağayev, 27. George Popxadze, 25. Şəhriyar Əliyev, 6. İbrahim Karqbo, 14. Elvin Əliyev, 10. Lukas Mario Horvat, 7. Devidas Çesnauskis, 11. Elvin Məmmədov (k), 88. Cavid Hüseynov, 77. Aleksandr Soliç, 24. Marius Pena
Ehtiyat oyunçular: 82. Edin Nuredinoski, 2. Edemir Rodriqez, 23. Rauf Əliyev, 99. Rəhman Hacıyev, 22. Risto Ristoviç, 28. Ferdi Elmas, 5. Aqil Nəbiyev
Baş məşqçi: Bojidar Bandoviç

“XƏZƏR LƏNKƏRAN”: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Elnur Allahverdiyev (k), 8. Eder Bonfim, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 21. Radomir Todorov, 24. Gökhan Güleç, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov, 99. Marin Orsuliç
Ehtiyat oyunçular: 30. Toni Doblas, 6. Robert Alviz, 7. Sadio Tounkara, 9. Uğur Pamuk, 11. Dimitrios Sialmas, 17. Kazım Kazımlı, 35. Lusiano Olguin
Baş məşqçi: Con Toşak