31 Mart 2013 Pazar

"Xəzər Lənkəran” rəhbərliyindən təşəkkür FOTO



Tuyqun Nadirov Astara Olimpiya Kompleksi rəhbərliyinə klubun atributunu hədiyyə edib


“Xəzər Lənkəran” klubu təkcə Lənkəranda deyil, ətraf rayonlarda da istedadlı futbolçuların aşkarlanıb yetişdirilməsi üçün səylərini əsirgəmir. Sportal.az xəbər verir ki, bu mənada hazırda cənub bölgəsinin bütün rayonlarından klubun aşağı yaş qruplarında uşaqlar və yeniyetmələr futbolun sirlərinə yiyələnirlər. Bundan əlavə, komanda Astara, Masallı, Cəlilabad rayonlarında əlavə olaraq qruplar yaradaraq, yerlərdə mütəmadi məşqlərə cəlb olunan futbolçular üçün ayrıca məşqçilər təyin etmişdir.

Son vaxtlarda Astara Olimpiya Kompleksi rəhbərliyinin bu rayonda hazırlıq keçən qruplarına göstərdiyi diqqət və qayğı klub tərəfindən razılıqla qarşılanıb. “Xəzər Lənkəran” - AZAL matçının fasiləsində klubun vitse-prezidenti Tuyqun Nadirov Astara Olimpiya Kompleksinin direktoru Famil Səlimovla görüşərək, ona qarşılıqlı əməkdaşlığa görə minnətdarlığını bildirib, Famil müəllimə klubun atributları olan hədiyyəsini təqdim edib.