12 Mart 2013 Salı

Emin Quliyev: Çox danışmayacağam



“Komandamızın oyunu haqda çox danışmayacağam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın məşqçisi Emin Quliyev deyib.


O, Topaz Premyer Liqasının XXIII turunun “Rəvan”la oyunundan sonra keçirilən mətbuat konfransında 0:1 hesablı məğlubiyyətə şərh verib: “Bu gün meydanda əsas heyətin bir neçə futbolçusu yox idi. Bunun nəticəsində də komandamızın oyununda müəyyən çatışmazlıqlar hiss olunurdu”.