12 Mart 2013 Salı

Babək Quliyev: "Bəzi futbolçular qudurublar"



"Bu gün çox zəif oynadıq. Komandanın bəzi futbolçuları qudurblar. Çıxıb meydanda futbol oynamaq istəmirlər. Gəlib burda boş yerə pul alırlar". Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın idman direktoru Babək Quliyev "Rəvan"a məğlubiyyətdəən sonra deyib. Klub rəsmisi həmin futbolçuların cəzalandırılacağını bildirib:


"Onlar heç kəsi savadsız saymasınlar. Meydanda çox aciz görünürdülər. Onlara boş yerə pul verilmir. Çıxıb əzmkarlıq göstərib oynamaq lazımdır. Bütün xəttlərdə futbolçular çox zəif görünürdü. Bununla bağlı mütləq ölçü götürüləcək və həmin futbolçular mütləq cəzalandırılacaqlar".

Quliyev Elnur Abdullayevin qırmızı vərəqə alması haqqında da fikirlərini bölüşüb: "Biz hər oyundan qabaq futbolçulara bildiririk ki, boş yerə sarı və qırmızı vərəqə almayın. Elnur Abdullayev bu gün lazım olmayan yerdən qırmızı vərəqə aldı. Bunun da qarşılğında o cəzasını alacaq. Ona pul cəzası mütləq kəsiləcək. Futbolçu qırmızı vərəqə ilə cəzalandırla bilər. Əgər rəqib hücumçu təkbətək çıxırsa, onun qarşısını alırsa, o komandasına kömək etmiş olur. Amma Elnur lazımsız olaraq meydandan qovuldu və komandanı çox pis vəziyyətdə qoydu. Ona görə də Abdullayev pul cəzası alacaq".