5 Mart 2013 Salı

Adrian Pit: XL-dan getmək haqda heç düşünmürəm də



“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit komandadan gedəcəyinə dair söhbətlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları açıqlayıb:


“Komandadan getmək? Xeyr, mən buna hazırlaşmıram. Klubla 2014-cü ilədək müqaviləm var. Heç bu barədə düşünmək də istəmirəm. Hazırda bütün fikirlərim “Rəvan”la kubokun cavab oyununa yönəlib. Burda olduğuma görə də şadam. Həmişə komandama maksimum kömək etməyə çalışmışam. Ümid edirəm ki, gələcəkdə biz daha yaxşı oyun sərgiləyəcəyik”.