19 Şubat 2013 Salı

Xəzər Lənkəranda ilk!




Manuel Skarlatake “Xəzər Lənkəran”ın tarixinə 2 və daha artıq dubl müəllifi olan ilk müdafiəçi kimi düşüb.

Azerisport.az xəbər verir ki, rumıniyalı arxa xətt oyunçusu Topaz Premyer Liqasının “Turan”la qarşılaşmasında (4:2) 2 qol vurmaqla mövsümdə 2-ci dəfə belə nailiyyətə imza atıb. Manuel ötən il oktyabrın 3-də AZAL-la səfər oyununda dubl müəllifi olmaqla qələbədə pay sahibi olmuşdu – 2:0.

Bununla da Skarlateke klub tarixində 2-ci dublunu rəsmiləşdirən ilk müdafiəçi oldu. Belə ki, bu dubl klub tarixində 65-ci belə hadisə oldu. Skarlatake 1-dən artıq dublu olan 16-cı oyunçudur: Zaur Ramazanov – 8 (6-sı çempionatda, 2-si kubokda), Vüqar Nadirov – 5 (1-i çempionatda, 4-ü kubokda), Samir Əliyev – 4 (3-ü çempionatda, 1-i kubokda), Allan Lalin, Edmand Ntiamoa – hər ikisi 3 (3-ü çempionatda), İvan Svetkov – 3 (2-si çempionatda, 1-i kubokda), Rahid Əmirquliyev – 3 (2-si çempionatda, 1-i Birlik kubokunda), Emin Quliyev, Oqtay Dərəlioğlu, Romulo Silvano, Dmitrios Sialmas, Manuel Skarlatake – hamısı 2 (2-si çempionatda), Ceyhun Sultanov, Rəşad Abdullayev – hər ikisi 2(1-i çempionatda, 1-i kubokda), Klaudianu Radukanu - 2 (2-si kubokda), Mario Souza – 2 (1-i çempionatda, 1-i Birlik kubokunda).

Düzdür, 2 və daha artıq dubla imza atanlar sırasında Emin Quliyevin də adı var. Karyerası ərzində müdafiəçi kimi də çıxış edən futbolçu Manuel kimi 2 dəfə dubl edib. Lakin rumıniyalıdan fərqli Quliyev “Xəzər Lənkəran”da müdafiəçi kimi deyil, daha çox dayaq yarımmüdafiəçi kimi çıxış edib. Bu üzdən də onu daha çox orta sahə oyunçusu hesab etmək düzgün olar. Bu isə o deməkdir ki, Manuel 2-yə çatan ilk müdafiəçi oldu.

Cari mövsümdə “Xəzər Lənkəran”da 4 dubl qeydə alınıb. Skarlatake kimi Dmitrios Sialmas da 2 matçda buna nail olub. Bu dublların hamısı Premyer Liqaya təsadüf edib.

“Xəzər Lənkəran”ın 9 illik tarixindəki 65 dubla 34 oyunçu imza atıb. Bu 65 dubldan 44-ü Premyer Liqada, 18-i ölkə kuboku, 3-ü isə Birlik kubokunda qeydə alınıb:

18 futbolçu isə 1 dəfə buna nail olub. Alim Qurbanov, Bəxtiyar Musayev, Branimir Subaşiç, Elvin Beqiri, Eder Bonfim, Emeka Opara, Əhməd Dursun, Xaqani Məmmədov, Paşa Əliyev, Uinston Parks, Yakuba Bamba çempionatda, İlqar Qurbanov, Junior Osvaldo, Katalin Doman, Mahmud Qurbanov, Marinko Petkoviç, Robert İlyeş kubokda, Nadir Nəbiyev Birlik kubokunda bunu bacarıb