Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsinə start veriləcək.
Sportinfo.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata
görə, 2 oyundan ibarət olacaq bu mərhələdə “Xəzər Lənkəran” “Rəvan”la
qarşılaşacaq. Yarandığı gündən 1/4 finalın daimi iştirakçısı olan lənkəranlılar
9-cu dəfə bu mərhələni adlamağa çalışacaq. Tarixi ərzində yalnız 2 dəfə burada
büdrəyən “ağ-yaşıllar” 7-ci dəfə yarımfinala yüksəlmək üçün “Rəvan”ı keçməlidir.
İlk dəfə 1/4 finaladək irəliləyən paytaxt təmsilçisi kifayət
qədər gənc olduğundan ölkə kubokunda indiyədək heç vaxt “Xəzər Lənkəran”la
qarşılaşmayıb. Bu rəqiblə yalnız Premyer Liqada görüşən “ağ-yaşıllar”
bakılılara məğlub olmayıb. 5-ci matç ərəfəsində 1 qələbəsi olan “Xəzər Lənkəran”
3 dəfə heç-heçə edib və top fərqində üstünlüyə malikdir – 7:3.
Bu duellərdən 2-si ötən, digər ikisi isə cari mövsümə
təsadüf edib. Bu qarşılaşmalarda ilk üçündə eyni hesablı heç-heçə qeydə alınıb
– 1:1. Lakin son qarşılaşmada “Xəzər Lənkəran” bu seriyanı qırmağa nail olub.
İlk 3 oyunda rəqib qapısından 3 top keçirən komanda son qarşılaşmada 4 cavabsız
qolla 3 xal qazanıb.
2011/12 27.08.2011 çempionat s 1:1
2011/12 19.11.2011 çempionat e 1:1
2012/13 05.08.2012 çempionat s 1:1
2012/13 04.11.2012 çempionat e 4:0