5 Şubat 2013 Salı

İnşaAllah çempioanata hazırıq MÜSAHİBƏ


Qış təlim-məşq toplanışını bitirmək üzrə olan komandamız artıq bu gün gecə saatlarında vətənə geri dönəcək.Toplanışdan əvvəl çempionat oyunlarında diqqəti ən çox cəlb edən oyunçularımızdan biri də təbii ki klubumuzun yetirməsi,qısa zamanda on minlərlə "Xəzər Lənkəran" azərkeşinin rəğbətini qazanmış gənc qapıçımız Orxan Sadıqlı oldu.
Komandanın Antalyadakı oteli tərk edəcəyini nəzərə alıb çərçivə qoruyucumuza caspianultras.com saytına müsahibə verib təlim-məşq toplantısı,çempionat oyunları və azərkeşlərimiz barədə təəsüratlarını bizimlə bölüşməyi xaiş etdik. Vaxtın gec olmasına baxmayaraq suallarımıza mənuniyyətlə cavab verən qapıçımızın səmiyyətini qeyd etmək istərdim. Müsahibəni sizlərə təqdim edirik.



- Salam,Orxan bəy.Təbii ki ilk sualımız komandamızın sona çatmaqda olan təlim-məşq toplantısı barədədir.Təəssüratınız?
 -Salam.Təlim məşq toplanışımız yüksək səviyyədə keçdi.Şəhvlərimizi gördük,təhlil etdik və düzəltməyə çalışdıq .İnşaAllah çempioanata hazırıq.


-Şəxsən nə götürdünüz bu dəfəki toplanışından?
-Bu dəfəki toplanışda oz səhvlərimi araşdırdım və Hafiz müəllimlə birlikdə o səhvləri düzəltməyə çalışdım. Həm fiziki,həm də taktiki cəhətdən oyunlara tam hazıram.


-Bakesin məşqçilikdən əlavə hansı insani keyfiyyətlərirni qeyd edə bilərsiniz?
-Bakes uşaqla uşaq,böyüklə böyük kimidir.Hər şeyin yerini biləndir. Məşq prosesində də heç kimi ayırmır ,hamıya eyni dəstəyi göstərir.


-Komandamızın transfer etdiyi yeni qapıçımız Toni Doblas sizə necə təsir bağışladı? Mənə elə gəlir ki bu səviyyədə olan qapıçı ilə bir komandada oynamaq sizin oyun səviyyənizə və gələcək karyeranıza müsbət təsir edə bilər.Siz necə düşünürsünüz?
-Toni cəmi 1 hissə oynayib hələki,onun haqqında mən yetərli heç nə deyə bilmərəm. Səviyyəli qapıçıdır. Ondan nəsə öyrənə bilərəm,çünki ən azından İspaniya çempionatında oynayıb.


-Toplanış vaxtı müdafiəmiz özünü necə göstərə bildi?
-Yaxşıdır.Etibar etmək olar.


-Fikrinizcə "Xəzər Lənkəran"a oynadığınız müddətdə istədiyinizi verə bilmisinizmi?
-Mənim 25 yox 19 yaşım var. Primyer Liqa təcrübəm azdır,bunu hami da bilir. Birdən birə "Xəzər Lənkəran" kimi komandanın qapısını qorudum. Bu dövrdə də əlimdən gələni etdim ki komandama xeyrim olsun. Düzdür səhvlərim də oldu.Bundan heç bir qapıçı sığortalanmayıb. Hələ səhvlər bundan sonra da olacaq. İstər məndə,istərsə də digər qapıçılarda. Bu gün oturub oyunlara baxsaq görərik ki bütün qapıçılar səhv edir. Əger mən 25-30 yaşlarımda da 19 yaşımda etdiyim səhvləri təkrarlasam,onda mən də razılaşaram ki mən təcrübəsiz deyil zəif qapıçıyam. Özümü hal hazırda heç bir qapıçıdan zəif saymıram.


-Komandamızın çempionluq şanslarını necə dəyərləndirirsiniz?
-"Xəzər Lənkəran" həmişə çempionluğa oynayıb . Bundan sonra da belə olacaq-həm çempionluq,həm də kubok. Əgər hansısa futbolçumuz fikirləşirsə ki komandamız 6-lıga düşməyəcək,çempion olmayacaq,kuboku qazana bilməyəcək,onda o futbolçu "Xəzər Lənkəran"da oynamamalıdır.


-Oyun zamanı səhviniz olanda ən çox nədən narahat olursunuz? Azərkeşlərin reaksiyasından, yoxsa...?
-Oyunda səhvim olanda heç o haqqda düşünmürəm,çünki fikrim yalnız davam edən oyunda olur. Səhv yuxarıda qeyd etdiyim kimi hamıda ola bilər,əsas odur ki ondan nəticə çıxarıb düzəltməyə çalışmalisan. Oyundan sonra çəkilişləri gotürüb,baxıram. Oyundakı səhvlərimi görürəm və məşqlərdə düzəltməyə çalışıram.


-Tənqidə münasibətiniz necədir? Facebook-dakı dostlarınız sizin oyundakı təsadüfi səhvlərinizi tənqid edəndə incimirsiniz ki?
-Mən əgər bu cür şeylərə fikir versəydim onda gərək heç futbol oynamağa başlamayaydım. Amma Azərbaycanda futbolu bilən adam çox azdır. Stadionlara gələnlərin bəziləri tum çırtamağa , kimisi isə tənqid etməyə gəlir. Haqlı tənqidləri isə sakitcə qəbul edirəm və incimirəm.


-Azərkeş saytı olduğumuzdan suallarımız təbii ki bu yöndədir.Deyə bilərəm ki,azərkeşlərimizin əksəriyyəti sizə güvənir və sizi dəstəkləyir.Azərkeşlərə sözünüz-sizə inanlara və sizə inanmayanlara?
-Mənə inananlara ,mənə dəstək olanlara təşəkkür edirəm. Mən də əlimdən gələni edib oların dəstəklərini həmişə arxamda hiss etmək istəyiirəm .Mənə inanmayanlara,dəstək olmayanlara ,hətta məni istəməyənlərə də "canınız sağ olsun. Allah ömür versin" deyirəm.


-"Caspian Ultras" fan qrupu sorğulara görə "2012-ci ilin ən yaxşı fan klubu" seçildi.Bəs siz necə? Fan qrupumuzun dəstəyini meydanda olarkən hiss etdinizmi bu dövrdə?Fan qrupumuza sözünüz?
-Düzdür bu barədə eşitmişəm. Və əgər sizi ən yaxşı fan klub seçiblərsə deməli həmişə bizimlə,bizim arxamızda köməyimiz olmusunuz. Çox sağ olun ,sizi həmişə oyunlarda hiss etmişik. Oyunlarımıza gəlib bizə dəstək olanları,oyunlara gələ bilməyib ürəyi bizimlə olanların hamısını,o cümlədən sizin fan qrupunuzun üzvlərini bağrıma basıb öpürəm. İnşallah həmişə bizi dəstəkləyin. Çünki biz 12 oyunçuyuq hər oyunda-11 biz,1 də siz.


-Çox sağ olun. Səmimi söhbətinizə görə sizə təşəkkür edirik.Biz də fan qrup olaraq sizi dəstəkləyir və uğurlar arzulayırıq !
-Sizlər də sağ olun. Biz futbolçular da sizlərə baxıb güc alaq sizdən,necə ki alırıq. Düzdür hələ də istədiklerimizi tam ala bilmirik oyunlarımızda. Amma alacağıq,mən buna tam əminəm.



Fərid Abbasov

caspianultras.com