19 Şubat 2013 Salı

Elnur Cəfərov: “Xəzər Lənkəran” kimi bir komandanın əsas heyətində meydana çıxmağın sevinci ayrı bir hissdi ”



“Xəzər Lənkəran”ın gənc futbolçusu Elnur Cəfərovun “Rekord.az”-a müsahibəsi.


- Elnur, əvvəlcə səni oxuculara tanıdaq...
- 1997-ci ilin martın 28-də Lənkəranın Digah kəndində anadan omuşam.

- Futbola gəlişin necə baş verdi?
- Futbolla məşğul olmağa 4-cü sinifdə oxuyanda başlamışam. Atam çox istəyirdi futbolçu olmağımı, elə məni futbol məktəbinə də özü apardı.

- İlk müəllimin kim olub?
- İlk vaxtlar elə kəndimizdəki məktəbin nəzdində məşğul olurdum. “Xəzər Lənkəran”ın uşaq futbol məktəbi açıldıqdan sonra getdim ora. Orada ilk müəllimim Məhərrəm Bağırov olub. Həmin vaxtlarda usaqları yaş qruplarına bölməmişdilər. Amma məktəbdə futbolla məşğul olanlar elə mənimlə həmyaşıd idilər.

– 16 yaşda əsas komandaya keçən və Premyer-Liqada meydana çıxan ən gənc futbolçu kimi tarixə düşdün. Əsas komandaya keçidin nəcə baş tutdu?
- U-17 millimiz “Caspian Cup” turnirində iştirak edəndə, mən də millinin heyətindəydim. Orada oyunumu görüb bəyənmişdilər. Sonra Yunis Hüseynov məni “Xəzər Lənkəran”ın əsas komandasına dəvət etdi. Ancaq bir müddət zədəli oldum deyə, nə “Xəzər Lənkəran”ın heyətində çıxış edə bilmədim, nə də milliyə qoşula bilmədim. Bakes gəldişindən sonra isə, artıq zədəm sağalmışdı və komandaya qoşuldum.

- İlk oyunda yaşadığın hisslər...
- Doğma meydanda, yerli azarkeşlər önündə... Həm çətin idi, həm də həyəcan vardı. “Xəzər Lənkəran” kimi bir komandanın əsas heyətində meydana çıxmağın da sevinci ayrı bir hissdi.

- Qarşılaşmadan sonra baş məşqçi oyunundan razılıq etdi, yoxsa...
- Xeyr, bu haqda söhbətimiz olmadı. Amma komanda yoldaşların normal olduğunu bildirdilər.

- Komandada özünə kumir görüdüyün futbolçu varmı?
- Rahid Əmirqulyevlə Elnur Abdullayevi fərqləndirərdim. Olduqca təcrübəli futbolçulardı, onlardan çox şey öyrənirəm.

Röya Kərimli