3 Şubat 2013 Pazar

Daha bir oyunçu geri qaytarıldı



Antalya hazırlıqlarını yekunlaşdırmaq üzrə olan “Xəzər Lənkəran” baxışda olan futbolçu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, bu, Kosta-Rikadan gələn Vilyam Filipsdir.


O, “ağ-yaşıllar”ın dünənki yoxlama matçında Bolqarıstan “Eter”i (1:1) ilə oyunun ikinci yarısında meydana daxil olub və baş məşqçi Karles Bakes tərəfindən bəyənilməyib. Buna səbəb isə Filipsin meydanda ləng çıxış etməsidir.

Qeyd edək ki, 28 yaşlı futbolçunun son komandası Kosta-Rikanın “Limon” klubu olub.

mənbə:apasport.az