14 Şubat 2013 Perşembe

Alvaro Silva: Kriştianu Ronaldo normal adam deyil


Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) matçı Topaz Premyer Liqasında oynayan futbolçuların da diqqətindən kənarda qalmayıb.

Apasport.az saytının məlumatına görə, çempionatımızın iştirakçısı olan futbolçular öz ulduz həmkarlarının möhtəşəm oyunundan zövq alıblar.

“Xəzər Lənkəran”ın ispaniyalı müdafiəçisi Alvaro Silva vətənindəki qarşılaşmadan məmnun qalıb. 29 yaşlı futbolçunu daha çox portuqaliyalı Kriştianu Ronaldonun meydandakı hərəkətləri təsirləndirib: “Kriştianu Ronaldo normal adam deyil. Bu oğlan uçur! Buna baxmayaraq, mən Lionel Messiyə üstünlük verirəm”.

Qeyd edək ki, Madriddəki qarşılaşma 1:1 hesabı ilə başa çatıb.