13 Şubat 2013 Çarşamba

Adrian Pit: "Özümüzü çətinə saldıq"



"İnter"ə məğlub olduğumuz üçün özümü çox pis hiss edirəm. Özümüzü çətinə aldıq. Biz daha yaxşı oynamalıydıq, alınmadı".
Bu sözləri "İnter"ə məğlubiyyətdən sonra Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Adrian Pit deyib. Rumıniyalı qarşıdakı 3 oyunda mütləq qələbə qazanmalı olduqlarını bildirib:
 
 
"Qarşıda 3 oyunumuz var. Mütləq hər üç oyundan qələbə qazanmalıyıq. İndi hər şeyi bir kənara qoyub "Sumqayıt"la oyunu düşünməliyik. Azarkeşlərdə bizdən inciyib. Bu normaldır. Amma biz inanırıq ki, onları sevindirəcəyik".