30 Ocak 2013 Çarşamba

marca.com: Toni Doblas "Xəzər Lənkəran" klubunda oynayacağını bildirib



İspaniyanın və Avropanın ən məşhur mətbu orqanlarından biri olan "Marka" qəzeti

"Xəzər Lənkəran"ın transfer etmək istədiyi və artıq bu gün Antalyada komandanın düşərgəsinə qoşulmalı olan Toni Doblas barədə eyni adlı məqalə dərc edib.


Həmin məqaləni olduğu kimi sizlərə təqdim edirik.

Çərşəmbə axşamı (yəni dünən) Toni Doblas "Saraqosa"nı tərk edəcəyini və Azərbaycanın "Xəzər Lənkəran" klubunda oynayacağını bildirib: "Mən gedirəm,çünki "Saraqosa"da vəziyyər çox gərgin idi və nə qədər çalışsam da nəyinsə dəyişəcəyinə ümid etmirdim. Mənə həm kədərli,həm də sevindiricidir. "Saraqosa"ya təşəkkür edirəm ki mənə bir daha elitaya qayıtmaq üçün şərait yaratdı".

Mövsümün yarısında klubunu tərk edən Doblas bunları əlavə edib: "Təklif mənə iki həftə əvvəl ispaniyalı məşqçı cənab Karlos Bakes tərəfindən gəldi. O mənə inanır. Məndə də heç bir həyəcan yoxdur. Düşünürəm ki İspaniyadakı vəziyyətlə əlaqədar olaraq ölkədən kənarda oynayıb yeni həyata başlamağın vaxtı çatıb."

mənbə:caspianultras.com