31 Ocak 2013 Perşembe

Karles Bakes: "Bu gün qazandığımız qələbəyə də əhəmiyyət vermirəm"...



“Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakes Moldovanın “Zimbru” klubuna qarşı keçirdikləri yoxlama matçını şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:


 “Uduzduğumuz əvvəlki oyunlarda nəticənin bizim üçün önəmli olmadığını demişdim.Bu gün qazandığımız qələbəyə də əhəmiyyət vermirəm. Əsas bizim hazırlıq planlarımızdı. Müdafiəçi Alvaro Silva yaxşı formadadı. Marin 10 gün məşq etməyib. Ona bir qədər vaxt lazımdı. Qvatemalalı hücumçu pis futbolçu deyil. Amma o, cəmi iki gündü düşərgəmizdədi. Yaxın günlərdə onun bizimlə qalıb-qalmayacağına aydınlıq gətirəcəm”.