6 Mayıs 2013 Pazartesi

"Heç bir futbolçu məni "Xəzər Lənkəran"da unutdura bilməz" MÜSAHİBƏ



"Xəzər Lənkəran"ın keçmiş futbolçusu Zaur Ramazanovun Sportal.az saytına müsahibəsi


- Ağabala Ramazanovun çıxışı səni qane edirmi?
- Gənc həyatını yaşayır. Əvvələ baxanda 30-40 faiz irəliləyiş var.


- Mütəxəssislər baxır və Ağabalanın potensialını Zaur Ramazanovdan daha güclü hesab edirlər...
- Təki olsun. Mən də istəyirəm ki, məndən güclü futbolçu olsun.

- Səncə, onun özəlliyi nədədir?
- Mən hələ görmürəm ki, məni üstələsin. Onu zaman göstərəcək. Yerindən sürət götürməsi ola bilər.

- Ağabala Ramazanovun oyunundakı çatışmazlıqı nədir?
- Onun oyununda hələ çox şey çatışmır. Hələ 70 faiz var.

- Məncə, Ağabala texnika baxımından sənə uduzar. Sən futzalda da oynamısan axı...
- Texnika oyundan-oyuna gəlir. Top çiləməyə, başqa belə şeylərə texnika deyilmir. Mən buna kloun kimi baxıram. Texnika boş şeydir. Texnika oyunda adama birdən gəlir. Elə olur ki, onu məşqdə göstərə bilmirsən. Amma oyunda göstərə bilirsən. 

- Qardaşına nə məsləhət görürsən?
- Ağabala çox güclü futbolçu ola bilər. Onu bilmirəm ki, məndən güclü olacaq, yoxsa... Məni kimi oyunçu olmuyub, olmayacaq da. Mən başqa idim. Oyuna girəndə artıq bir qol hazır idi.

- Ağabalanı psixioloji cəhətdən oyuna hazır eləyirsən?
- O, cərimə meydançasının içərisinə yaxşı daxil olur. Onun bir çox üstünlükləri var. Mən deyirəm ki, Ağabala güclü futbolçu olacaq.

- Onun qol duyumu necədir?
- Bu əsgərlikdədir. Səhər evdən çıxır, axşam qayıdır. Hərbi hissədə olur. Onu səhər saat 07:00-da yuxudan oyadırlar. O, hər bi hissədə olmalıdır. 

- Zaur Ramazonov simvol kimi "Xəzər Lənkəran"ın tarixində qalır. Ağabala belə davam eləsə, səni unutdura bilərmi?
- Mən elə tarix yazmışam ki, onu "Xəzər Lənkəran" rəhbərliyi də unutdura bilməz. Bu, mümkün deyil. Heç bir futbolçu Zaur Ramazanovu "Xəzər Lənkəran"da unutdura bilməz. Bunu mən deyil, "Xəzər Lənkəran"lı azarkeşlər deyir. Ən yaxşı günlərimi Lənkəranda keçirmişəm. Komandanın uğurları üçün əlimdən gələni etmişəm. İstərdim ki, qardaşım da "Xəzər Lənkəran"da öz möhürünü qoysun.

Elsevər MƏMMƏDOV