3 Mayıs 2013 Cuma

Con Toşak: Rəqibin ən güclü oyunçusu qapıçısı idi



“Rəqibin ən güclü oyunçusu qapıçısı idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” baş məşqçisi Con Toşak deyib.


Uelsli mütəxəssis Topaz Premyer Liqasının XXIX turunda doğma azarkeşləri önündə “Kəpəz”i minimal hesablı məğlubiyyətə uğratmalarına şərh verib: “Komandamız bugünkü oyunda qalib gəlməyə layiq idi. Buna baxmayaraq, yaratdığımız bir çox qol imkanından istifadə edə bilmədik. Heyətin 5-6 futbolçusu zədə səbəbindən bu gün bizə kömək edə bilmədi”.