17 Nisan 2013 Çarşamba

Con Toşak: "Orxan bizi xilas etdi" VİDEO



"Hesabın 1:0 olması yaxşıdır. Qapıçımız bizi xilas etdi. Hesab 3:0 da ola bilərdik. Qapıya bir dənə də zərbə vura bilmədik".


Sportal.az xəbər verir ki, bu sözləri "Bakı"ya məğlubiyyətdən sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak deyib. Təcrübəli məşqçi əgər ev sahibi komandanın məşqçisi olsaydım, bu hesaba məyus olardım deyə sözlərinə əlavə edib:


"Elə bil ki, futbolçularım yorğun idilər. Məni çox məyus etdilər. Əgər ev sahibi komandanın baş məşqçisi olsaydım, bu hesab üzülərdim. Onlar hər şeyi bu gün həll edə bilərdilər. Orxanın sayəsində gələn oyuna ümidimiz var".