“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov bəyan
edib ki, əgər bu komandaya lazım olan transferlər edilsəydi, cənublular cari
mövsümdə uğur qazandıra bilərdilər.
Azerisport.az saytına müsahibəsində o,
bunları dilə gətirib:“Çox təəssüf ki, “Xəzər Lənkəran” ilk altılıqdan kənarda qaldı. Halbuki, bu komanda Azərbaycan çempionatının bənzəri olmayan klublarından biridi. Fikrimcə, bu komanda çempion da ola bilərdi, kuboku da qazanardı. Sadəcə, bunun üçün lazım olan futbolçuları transfer etmək, komandanı gücləndirmək lazım idi”.