10 Mart 2013 Pazar

"Xəzər Lənkəran" "Rəvan"la oyuna belə hazırlaşır VİDEO



Rahid və Skarlatake zədəlidir

"Xəzər Lənkəran" "Rəvan"la oyunun hazırlıqlarını davam etdirir.

Sportal.az xəbər verir ki, "ağ yaşıllar" Olimpiya komandaları üçün təlim-məşq bazasının stadionunda məşq ediblər. Komanda oyuna itkilərlə hazırlaşır. Belə ki, Rahid Əmirquliyev və Manuel Skarlatake zədə səbəbindən hazırlıqlara qatılmayıb.