4 Mart 2013 Pazartesi

"Hakimlər oyunlara tapşırıqla gedir" MÜSAHİBƏ



Sportal.az "Xəzər Lənkəran"ın müdafiəçisi Elnur Allahverdiyevin  müsahibəsini təqdim edir:



- “Sumqayıt”la oyun barədə nə deyə bilərsən?
- Bizimlə müqayisədə rəqib komanda daha yaxşı oynadı. “Sumqayit”ın heyəti gənclərdən ibarətdir. Əsasən də yerli oyunçulardır. Onlar daha hərəkətli və 90 dəqiqə boyunca layiqli mübarizə apardılar. Hətta deyərdim ki, oyunu uda da bilərdilər. Ümumilikdə heç-heçəni ədalətli hesab edirəm. 

- “Xəzər Lənkəran” hər iki topu penaltidən vurdu. Səncə, həmin epizodlarda hakim doğru qərar vermişdi?
- Elə oyunlar olub ki, hakimlər bizim penaltimizi “yeyiblər”. Elə səfərdə “Qəbələ” ilə oyunda. Orada Fariz Yusifov “Xəzər Lənkəran”ın haqqını “yedi”. Epizoddan da görünürdü ki, “Qəbələ”nin müdafiəçisi topu hücumçunun qarşısından əll oğurlayır. Buna baxmayaraq, Fariz Yusifov penalti təyin etmir. Mənə maraqlısı budur ki, Fariz bizim təmiz penaltimizi niyə vermir? Biz Ermənistanın deyil, Azərbaycanın komandasıyıq. Futbol başbilənləri çıxıb Farizə demir ki, sən niyə penaltini vermirsən? Deməli o ayrıseçkilik edir. Ya rüşvət alır, ya da kimdənsə qorxur. Ən azından Fariz həm “Xəzər Lənkəran” azarkeşlərinin, həm də komandanın haqqını "yeyir". Bu gedişlə Azərbaycanda futbol olmayacaq. Bu sturktur dəyişməsə, futbolumuz irəli getməyəcək. Heç kim heç kəsi aldatmasın. Onda belə çıxır ki, hakimlər oyunlara tapşırıqla gedir. Biir sıra insanlar var ki, “Xəzər Lənkəran”ın ilk “altılığ”a düşməsini istəmirlər. 

- Kimləri nəzərdə tutursan?
- Onlar özləri çox yaxşı bilir. “Xəzər Lənkəran” uğur qazanmamsını istəməyərək, komandanı içəridən parçalamağa başladılar. Deyərdim ki, istəklərinə çatdılar. Bayaq dediyim kimi, ən azından hakimlər tərəfindən də komandamıza qarşı haqsızlıqlar oldu. Yenə də deyirəm, ay Fariz, olan penaltini niyə vermirsən? Bundan başqa, “İnter”lə oyunda da son dəqiqələrdə Sialması yıxırlar hakim buna göz yumur. Bununla mən bütün günahları hakimlərin üstünə atmaq istəmirəm. Hardasa komandamız da mövsümü zəif keçirdi. Ancaq görünən tərəf odur ki, hakimlərin də bizə qarşı səhvləri çox idi. Nə isə bu barədə artıq danışmaq belə istəmirəm. 

- “Xəzər Lənkəran”ın ilk “altılıq”dan kənarda qalmasını təsəvvür edirdin?
- Heç vaxt. Yatsaydım, yuxuma girməzdi ki, biz ikinci “altılıq”da mübarizə aparacağıq. Həyatım boyu buna inanmazdım. Belə alındığı üçün inanın ki, utanıram. Heç bilmirəm ki, bu vəziyyətdə özümü necə toparlayacağam. Heç burda deyil, başqa komandada da oynaasaydım, inanamazdım ki, “Xəzər Lənkəran” ilk “altılıq”dan kənarda qalacaq. 

- Səncə, “Xəzər Lənkəran”ın ilk “altılıq”da kənarda qalması çempionluq mübarizəsinə marağı azaldacaq?
- Özünüz də görəcəksiniz də. Təsəvvür edin ki, “Xəzər Lənkəran” ilk “altılıq”da olanda “Neftçi” ilə oyuna maraq nə qədər böyük idi. Hər iki komanda oyuna ciddi hazırlaşırdı. Bundan əlavə də mətbuatda derbi oyununa aid maraqlı məlumatlar gedirdi. Bu da istər-istəməz ajiotaj yaradırdı. Digər tərfədən də bütün komandalar bura gələndə “Xəzər Lənkəran”a daha da ciddi baxırdı. Hər halda razılaşarsız ki, bu gün azarkeş baxımından “Xəzər Lənkəran” camiəsi digər komandaları üstələyir. Mətbuat indi nədən yazacaq? “Qəbələ” və “Simurq”u çıxmaq şərti ilə qalan komandalar paytaxt klublarıdır. 

- Ikinci “altılıq”da oynamaq mübarizə aparmaq sizin üçün ağır olmayacq ki?
- Nə qədər özünü oyuna kökləsən də, yenə də həvəssiz mübarizə olacaq. Belə baxanda aşağı “altılıq”da da autsayderlə o qədər fərq var ki, mübarizənin dəyəri də yoxdur. Mən komandanın ikinci “altılıq”da yer almasını çempionatdan düşməsi kimi qiymətləndirirəm. Burda mübarizə aparmaqla autsayer olmaq arasında fərq yoxdur. Mən öz adımdan lənkəranlı azarkeşlərdən üzürxahlıq edirəm. 

- Bu uğursuzluğu unutmaq üçün çıxış yolunu nədə görürsən?
- Yeganə məqsədimiz kuboka yönəlməlidir. Onsuz də başqa yolumuz yoxdur. Uğursuzluğu azarkeşlərə unutdurmaq üçün ölkə kubokunu Lənkərana gətirməliyik. Bəlkə də ilk “altılıq”dan kənarda qalmağımız bizə bir dərs olaraq kubokda finala çıxıb bu titulu qazanmağımıza yol aça bilər. İnanıram ki, komandamız, uşaqlar toparlansa, kubokda öz sözümüzü deyə bilərik. Kişi kimi yığışıb oynamaq lazımdır. Artıq başqa şeylərə fikir verməməliyilk. Bir amalımız kuboku qazanmaq olmalıdır. Avrokuboklara ən rahat yolumuz kubokdan keçir. Bizim üçün ən rahatı bu titulu qazanmaqdır. 

- Kubokun cavab oyununda şansları necə dəyərləndirirsən?
- İlk oyunda qələbə qazanmışıq. Amma rahatlaşmaq lazım deyil. Çünki “Rəvan” ilk oyunda da göstərdi ki, güclü komandadır. Onlar hər bir an rəqibə “dişini” göstərə bilər. 

- Bilirsiz ki, “Rəvan”ı keçsəniz, yarımfinalda “Bakı” – “İnter” cütünün qalib ilə qarşılaşacaqsınız. Hansı rəqib sizin üçün daha yaxşıdır?
- Fərq etmir. Hər iki komanda güclü rəqiblərdir. Əgər məqsədimiz kuboku Lənkərana gətirməkdirsə, bu cütün qalibini də yarımfinalda keçmək məcburiyyətindəyik. Artıq geriyə yolumuz yoxdur. Ən azından kubokda da mübarizəni dayndırsaq, mövsümü titulsuz başa vuracağıq. Ona görə, kuboku qazanaraq ən azından bu mövsümdəki uğursuluğu unutdura bilərik

Sport Favorit