19 Mart 2013 Salı

Akif Tağıyev: “Məncə, Toşak hər şeyi yoluna qoyacaq” MÜSAHİBƏ


“Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Karles Bakesin bir müddət öncə əsas heyətdən əvəzedicilərə yolladığı futbolçu Akif Tağıyevin “Rekord.az”-a müsahibəsi.


- “Xəzər Lənkəran”ın əsas heyətindən kənarlaşdırıldıqdan sonra mütəmadi məşqlər edirsənmi?
- Hazırda “Xəzər Lənkəran”ın əvəzedicilər komandasında məşq edirəm. İnşallah, yaxın gələcəkdə əsas komandaya qayıdaram.

- Niyə “dubl”a göndərildin?
- Bilmirəm. Sabiq baş məşqçi Bakes belə istəmişdi.

- Bakes səbəbin, iradın bildirmışdı sənə?
- Xeyr, dedi ki, hələ ki lazım deyilsən. “Dubl”da oynasın paslanmasın.

- “Xəzər Lənkəran”ın əvəzedici heyətində oynamaqla təcrübə qazanmağın çətin olmaz ki?
- Səbr edərək məşqlərimi edirəm. Nə edə bilərəm axı, müqaviləm var.

- Müddəti nə qədərdi?
- 2 il.

- Başqa klubdan təklif olsa, gedərsən?
- Təklif vardı. Amma buradan buraxmadılar.

- Əvəzedicilərə keçdikdən sonra, maaş verirlər?
- Sağ olsunlar, maaş neçə idi, indi də elə verirlər.

- Bəs səncə, Con Toşak qaytaracaqmı səni əsas komandaya?
- İnşalla,h yaxşı olar. Ümid edirəm o, qaytarar.

- Necə düşünürsən, Toşakın gəlişindən sonra “Xəzər Lənkəran”ın problemləri həll olunacaqmı?
- Kubokda şanslarımız var. İnşallah, bu mövsüm kuboku götürərik. Məncə, Toşak hər şeyi yoluna qoyacaq.

Röya Kərimli