6 Şubat 2013 Çarşamba

“Xəzər Lənkəran”ın məşq planı və Argentina…



Xəbər verdiyimiz kimi Antalya toplantısını sona verərək vətənə dönən “Xəzər Lənkəran” komandası heyətini daha bir hücumçu ilə gücləndirmək niyyətindədir.
12cioyuncu.info saytının əldə etdiyi məlumata görə “ağ-yaşıl” klubun sıralarına qatmaq istədiyi argentinalı futbolçu fevralın 6-da Gürcüstanın paytaxtı Tbilisiyə gələrək ölkəmizə keçmək üçün Azərbaycan səfirliyindən viza alıb. Zəngin karyeraya malik 30-yaşlı futbolçunu klubumuzun bir neçə nümayəndəsi qarşılayıb. Onu da qeyd edək ki, “Xəzər Lənkəran”la münasibətləri rəsmiləşdirəndən sonra Cənubi Amerika təmsilçisinin adı açıqlanacaq.

12ciyuncu.info saytının əldə etdiyi digər məlumata görə isə hazırda Bakıda olan komandamız fevralın 7-də səhər saat 11:00-da Dövlət Yol Polisi idarəsinə məxsus stadionda məşqə çıxacaq. Daha bir hazırlıq prossesi axşam saat 17:00-da olacaq. Komanda doğma şəhərə fevralın 8-də səhər məşqindən sonra yola düşəcək.

12ciyuncu.info