5 Şubat 2013 Salı

“Xəzər Lənkəran” Argentinadan futbolçu transfer edir



Antalyada keçirdiyi təlim-məşq toplantısını fevralın 5-də yekunlaşdıraraq vətənə dönən “Xəzər Lənkəran” komandası heyətini daha bir hücumçu ilə gücləndirir
. 12cioyuncu.info saytının əldə etdiyi Eksklüziv məlumata görə kosta-rikalı Vilyam Filips Farleylə razılığa gəlmək üzrə olan “Xəzər Lənkəran”, son anda qərarını dəyişib. Karyerası bir o qədər də zəngin olmayan kosta-rikalı futbolçunun əvəzinə argentinalı səviyyəli hücumçu ilə ilkin razılaşma əldə edən “ağ-yaşıl” klub futbolçu ilə bir başa müqavilə imzalamaq niyyətindədir. Hələlik Messinin həmyerlisinin adı açıqlanmasa da çox güman ki, yaxın saatlarda onun adı da bəlli olacaq.

12cioyuncu.info