27 Şubat 2013 Çarşamba

Emin Quliyev: İkinci hissədə toparlana bildik



“Komandamız 2 fərqli hissə oynadı. Fasiləyə kimi oyunumuzdan razı qalmadım”.
Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran”ın məşqçisi Emin Quliyev deyib. İspaniyalı Karles Martorell Bakesin istefa verməsindən sonra komandanı bu gün Azərbaycanın 1/4 final mərhələsində “Rəvan”la səfər oyununa çıxaran 36 yaşlı çalışdırıcı 2:1 hesablı əzmkar qələbəyə sevinib.

Quliyev komandasının erkən qol buraxdığı ilk 45 dəqiqədə oyunu narazı salıb: “İlk hissədə yaxşı oynamadıq. Bunun nəticəsində tez qol buraxdıq. Ancaq ikinci hissədə toparlana bilərək, istədiyimiz oyunu nümayiş etdirdik. Bunun sayəsində 2 qol vuraraq, qələbə qazandıq”.