28 Şubat 2013 Perşembe

Altılığın ən sivil yolu!



Hörmətli “Xəzər Lənkəran” azarkeşləri, hamımız bilirik ki, sevimli komandamız ilk dəfə olaraq “altılıq sistemi”ndə şanslarını çətinə salıb.
Hətta bu şans böyük ölçüdə “Xəzər Lənkəran”dan asılı da deyil. Belə ki, təsnifat mərhələsinin son turunda Sumqayıtın eyni adlı komandasını evdə qəbul edəcəyimiz və arzuladığımız kimi qələbə qazanacağımız təqdirdə belə bu ilk altılığa düşməyimizə yetməyə bilər. Çünki altılıq şanslarını davam etdirən “Bakı” klubu evdə “Rəvan” komandasına qalib gələcəyi təqdirdə, bizimlə xallarının eyni olacağına rəğmən, ilk altılıqda olacaq. Buna səbəb isə “Xəzər Lənkəran”ın, “Bakı” ilə öz aralarındakı bu mövsümki oyunlarında üstünlüyünün olmasıdır. Məhz bu səbəbdən ilk altılıq şansımızı bu il itirə bilərik.
Son təsnifat turunda bizə lazım olan yalnız qələbədirsə, digər paralel oyunda “Rəvan”ın, “Bakı”dan xal almasının vacibliyidir. Əgər “Rəvan” komandası, “Bakı”dan xal ala biləcəksə, “Sumqayıt” üzərindəki qələbəmiz sayəsində ilk altılıqda məhz sevimli komandamız “Xəzər Lənkəran”ı görə bilərik. Bundan sonra isə ruhlanmış komandamız həm də layiqli məşqçi seçimimiz ilk altılıqda bizə uğurlar nəsib edə bilər.
 Bu məqsədlə həmişə bir olan azarkeşlərimiz formal olaraq iki cəbhəyə bölünməlidir. Bildiyimiz kimi doğma ev oyunlarımıza kifayət qədər azarkeşlərimiz gəlir və komandanı qələbəyə səsləyir. Bu tərəfdən arxayın ola bilərik. Lakin “Rəvan” komandasının, “Bakı”dan xal alması üçün kifayət qədər azarkeş dəstəyi rol oynaya bilər. Həm də “Rəvan” komandası bu mövsüm kifayət qədər yaxşı oyunlar göstərə bilib. Böyük azarkeş dəstəyi isə bu komandanı daha da ruhlandırar və “Bakı” üzərində hətta qələbə çala bilər.
 Bu mənada xüsusən Bakıda yaşayan azarkeşlərimizi son təsnifat turu oyununda Lənkərana getməyə yox, “Bakı”-“Rəvan” oyununa gəlib, “Rəvan” komandasına güclü dəstək vermələrini xahiş edirik. Bu yol komandamızla məqsədə çatmağımız üçün ən sivil yoldur. Belə ki, sanki hər hansı musiqi alətində “Rəvan” melodiyası ifa edəcəyiksə, alətin musiqi çıxan tərəfindən “Xəzər Lənkəran” melodiyası çıxacaq! Bir azarkeş kimi bizim komandamızın uğurlarına dəstək verməmiz mümkünsə, həmişəki kimi bu dəfə də niyə bu sivil yoldan yararlanmayaq?
 Xatırladaq ki, Təsnifat mərhəıləsinin son və bizim üçün həlledici olan bu turu 03 Mart 2013 tarixində saat 15:00-da baş tutacaq.
 “12-ci oyunçu” azarkeş qrupu
 “Bosman” fanklubu