10 Nisan 2013 Çarşamba

Orxan Sadıqlı: “Con Toşaka bu etimada görə minnətdaram”



“Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlı əsas komandaya qaytarılmasına münasibətini açıqlayıb.
Azerisport.az xəbər verir ki, bir müddət öncə əvəzedici heyətə göndərilən gənc qolkiper yeni baş məşqçi Con Toşakın gəlişindən sonra yenidən “ağ-yaşıllar”ın əsas komandasına qaytarıldı.

O, buna görə yalnız uelsli mütəxəssisə borclu olduğunu bildirib: “Əlbəttə, xoşdu ki, əcnəbi məşqçi yerli futbolçulara güvənir, etimad göstərir. Şadam ki, yenidən əsas komandada oynamaq şansı qazandım. Toşaka bu etimada görə minnətdaram. Ümid edirəm ki, öz oyunumla yenidən ümidləri doğrulda biləcəm”.