8 Mart 2013 Cuma

Zaur Ramazanov: Qardaşımdan daha yaxşı oyun gözləyirəm



“Xəzər Lənkəran”ın sabiq hücumçusu Zaur Ramazanov hazırda bu komandada çıxış edən kiçik qardaşı Ağabalanın ötən gün “Rəvan”la keçirilən kubok oyununda het-trik etməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:


“Qardaşım daha da artırmalıdı. Ağabalanın oyunu məni sevindirir. Amma mən ondan həmişə daha yaxşısını gözləyirəm. Qoy bundan sonrakı oyunlarda da belə çıxış etsin”.