"Xəzər Lənkəran" rəhbərliyi ispaniyalı Karles Martorell Bakesin istefasından sonra baş məşqçi problemini həll edib. Bu barədə apasport.az saytına müsahibəsində komandanın vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.
O bildirib ki, məşhur mütəxəssis Con Toşak bundan sonra karyerasını ölkəmizdə davam etdirəcək. Son illər Uels millisində çalışan çalışdırıcı ilə yaxın günlərdə rəsmi müqavilə bağlanacaq.
Xatırladaq ki, Toşak karyerası ərzində Madrid "Real"ı ilə yanaşı, "Liverpul", "Beşiktaş" , "Sent Etyen", "Deportivo" kimi adlı-sanlı klublarda çalışıb.
Son iş yeri isə Makedoniya yığması olub.
Bir məşqçi kimi nəaliyyətləri:
"Real Sociedad"
İspaniya Kuboku - 1986/87
"Real" Madrid
İspaniya Çempionu - 1989/90
"Deportivo" La Coruña:
İspaniya Super Kuboku - 1995
"Beşiktaş":
Türkiyə Kuboku - 1997/98
