“Xəzər Lənkəran”ın hücumçusu Lusiano Olguin Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Rəvan”a qarşı keçirdikləri cavab oyunundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz kubokda qazanılacaq uğurun komandamız üçün nə dərəcədə böyük əhəmiyyət daşıdığını başa düşürük. Buna görə də “Rəvan”la görüşdə qələbə qazanmağa borclu idik. Birinci hissədə çox yaxşı oynadıq. Bütövlükdə də, oyuna nəzarət edən biz idik. Nəticədə, layiqli bir qələbə qazana bildik. İndi biz yolumuza davam etmək üçün yarımfinalda da qələbə qazanmalıyıq. İlk altılığa düşmədiyimizə görə, kubok bizim son şansımızdı. İnanıram ki, uğur qazana biləcəyik”.
