6 Mart 2013 Çarşamba

“Xəzər Lənkəran” 1 addım öndə, iddialılar daha şanslı




Sabah Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarımfinal iştirakçılarının adına Lənkəranda və Bakıda keçiriləcək matçlar aydınlıq gətirəcək.


Əslində, vəsiqənin birinə “Xəzər Lənkəran”ın sahib çıxmağı indidən böyük ölçüdə həll olunub. Çünki lənkəranlılar səfərdə “Rəvan”a 2:1 hesabı ilə qalib gəlməklə, böyük üstünlük qazanıb. Yəni cənublular evdə 2 top fərqi ilə uduzarsa, mübarizəni dayandıracaq. Öz meydanında nadir hallarda uduzan “Xəzər Lənkəran”ın belə fərqlə yeniləcəyi az inandırıcı görünür.

Üstəlik, Lənkəran təmsilçisi “altılıq”dan kənarda qalandan sonra Avropaya çıxmaq baxımından bütün ümidlərini məhz ölkə kubokuna bağlayıb. Buna görə də ən azı finala kimi irəliləmək qarşıda duran vəzifədidr. “Rəvan” da lənkəranlılar kimi “altılıq”da mübarizə aparmadığından, son şans olan kubokdan istifadə etməlidir.

Bu mərhələnin digər 6 iştirakçısı isə elə “altılığ”ı təşkil edənlərdir. Onlardan çempionluğa əsas iddalılar sayılan “Neftçi”, “İnter” və “Qarabağ” səfərdə qazandıqları nəticələrə görə yarımfinala daha şanslıdır. Son 2 komandanı ona görə fərqləndirməliyik ki, onlar rəqib meydanında qol vurublar. Bunun isə kubokda üstünlüyünün böyük olduğu məlumdur. Yəni ilk matçlarında 1:1 hesablı bərabərlik edən “İnter”lə “Qarabağ” cavab oyunlarında qolsuz heç-heçə ilə də yarımfinala çıxa biləcək. Deməli, onların rəqibləri “Bakı” ilə “Qəbələ” mütləq səfərdə qol vurub, öz meydanında buraxdığını sığortalamalıdır.

“Simurq”a isə “Neftçi”nin meydanında vuracağı qol əlavə üstünlük verəcək. Çünki zaqatalılar evdə top buraxmayıb və istənilən qollu heç-heçə onun mərhələ adlamağı deməkdir. “Neftçi” səfərdə qol vura bilmədiyindən, buna diqqət yetirməlidir. Hər halda, çempionatımızın liderinə yarımfinala çıxmaq üçün istənilən hesablı qələbə yetərlidir.


7 mart

17:00. “Xəzər Lənkəran” – “Rəvan”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vaqif Musayev, Ramiz Məhərrəmov
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk oyun - 2:1
Oyuna  Canlı Xəzər Lənkəran Tv də Baxa Bilərsiz.


Dig
ər Oyunlar:

16:00. “İnter” – “Bakı”
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Mehman Mahmudov, Elvin Əsgərov
Bakı. “Şəfa” stadionu
İlk oyun - 1:1

17:00. “Neftçi” – “Simurq”
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Munis Abdullayev, Ömər Paşayev
Bakı. “Bakcell Arena” stadionu
İlk oyun - 0:0

18:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Fariz Yusifov, Zeynal Zeynalov, Elçin Acalov Elşən, Namiq Bəkirov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 1:1