Azərbaycan kubokunun ¼ final mərhələsi çərçivəsində cavab qarşılaşmaları bu gün, martın 7-də keçirildi. “Xəzər Lənkəran” komandası “Fırtınalar meydanı”nda “Rəvan” klubunu qəbul etdi. Saat 17:00-da start götürən oyun heç bir televiziya kanalı ilə yayımlanmasa da klubun rəsmi saytı vasitəsi ilə canlı yayımda nümayiş olundu.
Matçı Oxran Məmmədovun başçılıq etdiyi hakimlər briqadası
idarə etdi. Ona laysmanlar Elman Musayev və Vaqif Mustafayev, eləcə də dördüncü
hakim Ramiz Məhərrəmov yardım etdilər.
Səfərdə keçirilən ilk qarşılşamada 2:1-hesabı ilə
qalib gələn “Xəzər Lənkəran” komandası cavab oyununda 4:1 hesablı qələbəni
bayram edərək ölkə kubokunun yarımfinal mərhələsinə vəsiqə qazandı.
Hesabı 8-ci dəqiqədə Ağabala Ramazanov açdıqdan sonra 30-cu
dəqiqədə Lusiano Olguin hesabı 2:0-a çatdırdı. Qeyd edək ki, bu qolun
vurulmasında da Ramazanovun payı var idi. 70-ci dəqiqədə qonaqlar toplardan
birinin əvəzini çıxmağa nail olsalar da Ağabala Ramazanov final fitinə 6-dəqiqə
qalmış özünün qazandığı penaltini qola çevirdi 3:1. Amma bu da son
deyildi. Beləki, gənc futbolçumuz Ağabala Ramazanov son dəqiqələrdə xet-trikə
imza ataraq yekun nəticəni müəyyənləşdirdi 4:1. Ümumiyyətlə bu gənc futbolçunun
90-dəqiqə ərzində dayanmadan çalışmasını və əzmkar mübarizəsini xüsusi qeyd etmək
yerinə düşərdi. Güman edirik ki, digər yerli futbolçularımız əsasən də gənc
futbolçularımız Ağabala Ramazanovdan ibrət götürməli və öz üzərilərində işləməlidirlər.
Azarkeşlərimizi isə qələbə münasibəti ilə təbrik edirik.
QEYD: Azərbaycan kubokunun yarımfinal mərhələsində “Xəzər
Lənkəran” komandası “Bakı” klubu ilə qarşılaşacaq. İlk oyun aprelin 17-də,
cavab qarşılaşması isə aprelin 24-də keçiriləcək.
12cioyuncu.info
