"Xəzər Lənkəran" və "Rəvan" komandaları arasında Azərbaycan kubokunun 1/4 finalının cavab oyunundan sonra komandaların baş məşqçiləri mətbuat qarşısında oyun haqqında təəssüratları ilə bölüşdülər.
"Son 14 gündə bu bizim 4-cü oyunumuz oldu. Görünür biz
bu rejimdə oynamağa hazır deyilik", - deyə "Rəvan"ın baş məşqçisi
Ramil Əliyev qeyd etdi. O, bildirdi ki, bundan sonra "Rəvan" diqqətini
çempionata yönəldəcək: "Biz diqqətimizi çempionata yönəldəcəyik və
çalışacağıq oradakı vəziyyətimizi yaxşılaşdıraq".
Öz növbəsində "Xəzər Lənkəran"ın məşqçisi Emin
Quliyev komandamızın bugünkü oyunundan razı qaldığını bildirdi:
"Bildiyiniz kimi, çempionatda uğursuzluqla üzləşdiyimizə görə əsas diqqətimiz
kubokadır. Mən komandamın bugünkü oyunundan razı qaldım və futbolçularıma bu
oyuna görə minnətdarlığımı bildirirəm".
