7 Mart 2013 Perşembe

“Xəzər Lənkəran” hamıdan öndə!!!



Topaz Premyer Liqasının təsnifat mərhələsinin oyunlarını 262720 tamaşaçı izləyib. Apasport.az saytının məlumatına görə, nəticəsi ləğv olunan “Simurq” – “Rəvan” matçını nəzərə almasaq baş tutan 131 oyunda orta tamaşaçı sayı 2005-ə bərabər olub.


Azarkeş sayında mövsümün rekordu “Xəzər Lənkəran” – “İnter” matçında qeydə alınıb – 11000. Ən az azarkeş isə “Kəpəz” – “Simurq” qarşılaşmasında olub – 50. Bu matçlar müvafiq olaraq 19-cu və 22-ci turlarda keçirilib.

Ümumi azarkeş sayında isə “Xəzər Lənkəran” hamıdan öndədir. Cənubluların ev oyunlarını 69700 tamaşaçı izləyib. “Xəzər Lənkəran” bu göstəricidə 2-ci olan “Sumqayıt”ı 2 dəfədən də çox qabaqlayır. 3-cü pillədə isə “Kəpəz”dir. Əvvəlki mövsümlərdə olduğu kimi paytaxt da oynayan klublar yenə cədvəldə son pillələrdə qərarlaşıb.


1. “Xəzər Lənkəran” 11 69700 6336
2. “Sumqayıt” 11 32750 2977
3. “Kəpəz” (Gəncə) 11 31100 2827
4. “Turan” (Tovuz) 11 29050 2641
5. “Simurq” (Zaqatala) 10 24400 2440
6. “Neftçi” (Bakı) 11 20250 1841
7. “Qəbələ” 11 13780 1253
8. “Bakı” 11 11080 1007
9. AZAL (Bakı) 11 10400 946
10. “İnter” (Bakı) 11 8850 805
11. “Rəvan” (Bakı) 11 6860 624
12. “Qarabağ” (Ağdam) 11 4500 409
Cəmi oyun azarkeş orta say
131 262720 2005

Təsnifat mərhələsinin oyunları 8-i Bakıda olmaqla 15 müxtəlif stadionda keçirilib. Lənkəran şəhər stadionu topladığı tamaşaçı sayında böyük üstünlüklə zirvədə qərarlaşıb. Gəncə stadionu 2-ci, Sumqayıt isə 3-cü pillədə qərarlaşıb.

1. Lənkəran şəhər stadionu 10 68700 6870
2. Gəncə şəhər stadionu 8 30500 3813
3. Sumqayıt şəhər stadionu 10 33700 3370
4. Tovuz şəhər stadionu 9 28400 3156
5. Zaqatala şəhər stadionu 10 24400 2440
6. 8-ci km. stadionu (Bakcell Arena) 6 12700 2117
7. Bakıxanov qəsəbə stadionu 6 8050 1342
8. Qəbələ şəhər stadionu 10 13280 1328
9. AZAL Arena stadionu 12 12400 1033
10. “Bakı” FK-nın bazasının stadionu 11 11080 1007
11. “Şəfa” stadionu 9 6350 706
12. “Bayıl Arena” stadionu 12 6610 551
13. Böyük Əmili qəsəbə stadionu 1 500 500
14. T.Bəhramov adına Respublika s. 9 3350 372
15. “Dalğa Arena” stadionu 8 2700 338