“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pitin azerisport.az saytına müsahibəsi
- “Sumqayıt”a evdə qalib gələ bilməməyiniz ilk altılığa düşə
bilməməyiniz qədər gözlənilməz oldu...
- Biz yenə erkən qol buraxdıq. Hətta ikinci hissənin də əvvəlində
bizə qol vurdular. Mən niyə belə alındığını bilmirəm. Amma bir şeyi bilirəm ki,
bizim əsas problemimiz bu mövsüm çox qol buraxmağımızdı.
- Komandanız ilk dəfə medallar uğrunda mübarizədən kənar
qalmalı oldu...
- Bəli. Amma “Xəzər Lənkəran” ikinci altılığa düşməməliydi. Amma
nə etmək olar? Futbolda hər şey olur. Biz buna görə əlimizi yanımıza
salmamalıyıq. Mübarizə aparmaaq, qələbə qazanmaq lazımdı.
- Sizcə, mövsümün boşa verilməsinin əsas səbəbi nə oldu?
- Bilmirəm. Şəxsən mənim üçün görünən meydandakı problemlər idi. Komanda qol vurmağı bacarırdı. Amma eyni zamanda da qollar buraxırdı. Əgər komanda hər hissəyə azı bir qol buraxırsa, bununla heç nə əldə etmək olmaz. Bu, yenə bir-iki oyunda baş versəydi, anlamaq olardı. Amma bizdə az qala hər oyunda eyni aqibət oldu.

- Bəlkə, baş məşqçi dəyişikliklərinə ehtiyac yox idi? Çünki
Karles Bakeslə nəticə qazana bilmədiniz...
- Razıyam, nəticə qazana bilmədik. Təbii ki, baş məşqçi dəyişikliklərinin də rolu var idi.
- Razıyam, nəticə qazana bilmədik. Təbii ki, baş məşqçi dəyişikliklərinin də rolu var idi.
- Yəqin ki, komanda indi tam olaraq kubok oyununa köklənib?
- Biz kubokda qalib gəlməyə borcluyuq. İndi bu, bizim mövsümü xilas etmək üçün yeganə şansımızdı.
- Biz kubokda qalib gəlməyə borcluyuq. İndi bu, bizim mövsümü xilas etmək üçün yeganə şansımızdı.
- İlk oyunda qələbə qazanmağınız şanslarınızı artırır...
- Əlbəttə, səfər qələbəsi belə kubok oyunlarında çox böyük
üstünlükdü. Bu, bizim üçün yaxşı nəticədi. Amma cavab matçında da qələbə
qazanmaq, qol vurmaq lazımdı. Növbəti mərhələyə çıxmaq bizim üçün çox vacibdi.
Bizim qarşımızda hər oyunda yalnız bir vəzifə durur: qələbə qazanmaq.
- İkinci altılıqda çıxış etmək üçün motivasiya olacaq?
- Rəqbin kim olmasındana asılı olmayaraq, mübarizəmizi sona qədər davam etdirəcəyik. Bütün gücümüzlə mübarizə aparıb, ikinci altılığın qalibi olmalıyıq. Amma əsas diqqətimizi Azərbaycan kubokuna yönəldəcəyik.

- “Xəzər Lənkəran” kubokda da uğur qazana bilməsə, Adrian
Pitin qərarı komandadan getmək olmayacaq ki?
- Mən “Xəzər Lənkəran”dan getməyə hazırlaşmıram. Klubumla 2014-cü ilədək müqaviləm var. Heç bu haqda indi düşünmürəm də. İndi bütün fikirlərim “Rəvan”la oyuna yönəlib. Burda olduğuma görə şadam. Həmişə komandam üçün maksimum gücümlə mübarizə aparmışam. Ümid edirəm ki, gələcəkdə biz daha yaxşı futbol sərgiləyəcəyik.