11 Şubat 2013 Pazartesi

Azarkeşlər Yenə də Üzgün...



Bu gün keçirilən bir oyunla Topaz Premyer Liqasında XIX tura yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, turun mərkəzi görüşü “altılığ”a ilk vəsiqənin rəsmiləşməyi baxımından maraq doğurur.



Belə ki, “İnter” “Xəzər Lənkəran”a səfər matçında qalib gələrsə, buna nail olan ilk komanda olacaq. Çünki 7-ci pillədə qərarlaşan AZAL hesabat turunda xal itirib və ehtiyatda bir oyunu olsa belə, “bankirlər”ə çata bilməyəcək.

“Xəzər Lənkəran” isə ən yaxın izləyiciləri və özündən öndəki komandaların xal itirməyindən maksimum yararlanıb, “altılıq” uğrunda mübarizədə şansını artırmalıdır.

11 fevral

“Xəzər Lənkəran” – “İnter” - 2:3
QOLLAR: Uğur Pamuk, 52, Ağabala Ramazanov,83 - Asif Məmmədov, 5; Baçana Sxadadze, 30, Samir Zərgərov, 82

Baş hakim: Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov, Ramil Diniyev
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk dövrədəki oyun – 0:0

“Xəzər Lənkəran”: 30. Toni Doblas, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 10. Elnur Abdullayev, 11. Dimitrias Sialmas, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 27. Manuel Skarlatake, 97. Elnur Cəfərov
Baş məşqçi: Karles Bakes

“İnter”: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İlya Kandelaki, 20. Brüs Abdulaye, 24. Fuad Bayramov, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze, 30. Yuri Fomenko
Baş məşqçi: Kaxaber Sxadadze

Oyuna meydan sahibləri başladı.
Allahverdiyev meydanın mərkəzində Asif Məmmədova qarşı kobud oynayır.
5-ci dəqiqədə hesab açılır. Məmmədovun uzaqdan zərbəsi dəqiq alındı.
“Xəzər Lənkəran”ın qapısı qarşısında təhlükəli vəziyyət yaranır. Doblas qabağa çıxaraq Bayramovun topa zərbə vurmasına imkan vermir.
Meydan sahibləri bərabərlik qolunu vurmağa yaxın olur. Abdullayevin cərimə meydançası xətti üzərindən qapıya zərbəsini Lomaya çətinliklə tutur.
Sialması yıxırlar. XL cərimə zərbəsi vuracaq.
Baş hakim Alvizlə Kandelakiyə sarı vərəqə göstərir.
Alvizin zərbəsi qapıdan aralı keçdi.
Qonaqlar fərqi artırırlar. Fomenkonun ötürməsindən sonra Sxadadze ikinci topu vurur.
Asif dubl etmək şansını qaçır. Onun zərbəsi dirəyin yanından keçir.
Pitin yerinə yetirdiyi cərimə zərbəsindən sonra Skarlatake baş zərbəsi ilə qola yaxın oldu.

Fasilə

Meydan sahibləri ikinci hissəyə əvəzetmələrlə başlayır. Marin Orsuliç Alvizi, Uğur Pamuk Elnur Allahverdiyevi əvəzləyir.
XL ikinci hissəyə qolla başlayır. Lomaya Pamukun zərbəsi qarşısında aciz qalır.
Hakimin qərarına etiraz etdiyi üçün Abdullayev sarı vərəqə ilə cəzalandırılır.
Künc zərbəsindən sonra Sialmasın qapıya vurduğu top təhlükləli amma qeyri-dəqiq alındı.
Niasse Valeri Abramidze ilə əvəzlənir.
Sxadadze təkbətək vəziyyətdən topu düz Doblasın üstünə vurur.
Elnur Cəfərov yerini Ağabala Ramaznova verir.
Qonaqlar da əvəzetməyə əl atır. Asif Məmmədov Samir Zərgərovla əvəzlənir.
Pit əllə oynadığı üçün İnter cərimə zərbəsi vuracaq.
Sialmasın qapıya zərbəsindən sonra top Brus Abdulayenin əlinə dəyir. Meydan sahibləri təhlükəli nöqtədən cərimə zərbəsi vuracaq.
Orsuliçin zərbəsi qapının üstündən keçdi.
Fomenkonun zərbəsi təhlükəli alındı. Son anda Doblas topu kornerə çıxardı.
Alvaronu kobud səhvindən sonra həmyerlisi Doblas sığortalayır. Qapıçı Bayramovun güclü zərbəsini küncə çıxarır.
Lənkəranlıların müdafiəsində növbəti səhv. Samir Zərgərov bundan istifadə edəərk, topu uzaq küncə göndərir.
Cənub təmsilçisində də sondaran meydana çıxan futbolçu qol vurur. Adrian Pitin sol cinahdan ötürməsini dəyərləndirən Ağabala Ramazanov fərqlənir.
Slavço vaxtı uzatdığına görə 85-ci dəqiqədə fərqlənir. 1 dəqiqə sonra Levin eyni cəzanı alır.
Oyuna 3 dəqiqə əlavə olunur.
1-ci uzatma dəqiqəsində Skarduelli sarı vərəqə alır.
Bundan 1 dəqiqə sonra Fomenkonu Nizami Hacıyev əvəzləyir.