“İlk yarıda bərbad oynadıq. Buraxılan birinci qolda müdafiəçilərimiz hücumçunun qarşını almalı idilər. Rəqib həmin epizodda asan qol vurdu”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Karles Martorell deyib.
“Ağ-yaşıllar” Topaz Premyer Liqasının XIX turunda “İnter”lə öz meydanında keçirdiyi görüşdən məğlub ayrıldı. 2:3 hesabı ilə uduzduqları oyunu şərh edən ispan çalışdırıcı bildirib ki, komandası ikinci hissədə daha fərqli oyun nümayiş etdirib: “Ancaq “İnter” boş mövqelərimizi bağlayırdı. Bu üzdən tam istədiyimiz kimi oynaya bilmədik. Yan xətt hakimindən (Yaşar Abbasovu nəzərdə tutur – red.) narazı qaldım. O, bir neçə dəfə kobud səhvə yol verdi. Olmalı olduğu yerdə deyildi. Bununla belə, rəqibin qələbəsinə kölgə salmaq istənirəm. Qarşıdakı 3 görüşü bizim üçün final kimi olacaq”.