11 Şubat 2013 Pazartesi

Lənkəranda nəfəs kəsən oyun - YENİLƏNİR




Bu gün keçirilən bir oyunla Topaz Premyer Liqasında XIX tura yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, turun mərkəzi görüşü “altılığ”a ilk vəsiqənin rəsmiləşməyi baxımından maraq doğurur.



Belə ki, “İnter” “Xəzər Lənkəran”a səfər matçında qalib gələrsə, buna nail olan ilk komanda olacaq. Çünki 7-ci pillədə qərarlaşan AZAL hesabat turunda xal itirib və ehtiyatda bir oyunu olsa belə, “bankirlər”ə çata bilməyəcək.

“Xəzər Lənkəran” isə ən yaxın izləyiciləri və özündən öndəki komandaların xal itirməyindən maksimum yararlanıb, “altılıq” uğrunda mübarizədə şansını artırmalıdır.

11 fevral

16:00. “Xəzər Lənkəran” – “İnter” (canlı İdman Azərbaycan TV)
Baş hakim: Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov, Ramil Diniyev
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk dövrədəki oyun – 0:0

Turun digər oyunlarının nəticəsi: Kəpəz – Neftçi – 0:3, Rəvan – Turan – 2:0, AZAL – Simurq – 1:1, Bakı – Sumqayıt – 1:1, Qəbələ – Qarabağ – 1:1.