9 Nisan 2013 Salı

”Xəzər Lənkəran” ”Turan”la oyunun hazırlığına start verdi FOTO



Dünən Bakıdan Lənkərana yola düşən komandamız bazasında qısa müddətli istirahətdən sonra axşam saatlarında “Kəpəz”lə keçirilən matçın bərpa məşqini keçirdi.
Bu gün isə “Xəzər Lənkəran” Con Bencamin Toşakın rəhbərliyi altında Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində baş tutacaq “Turan”la səfər oyununun hazırlığına start verdi. Səhər məşqi Lənkəran Olimpiya Kompleksinin meydançasında baş tutdu və futbolçularımız 1 saat 10 dəqiqə davam edən məşqdə məşqçilər korpusunun tapşırıqlarına əsasən müxtəlif taktiki çalışmaları yerinə yetirdilər. Bu gün daxil olmaqla komandamız sabah da gün ərzində iki məşq keçirərək aprel ayının 11-də səhər məşqindən sonra Bakı şəhərinə yola düşəcək. Hazırda komandamızın heyətində zədəli futbolçu yoxdur və futbolçularımız daha bir səfər qələbəsi qazanmaq istəyi ilə məşqlərdə səylə çalışırlar.

lankaranfc.com