22 Nisan 2013 Pazartesi

Con Toşak: "Xəzər Lənkəran”a gəldiyim gündən bəri ilk dəfə idi ki..."



”Xəzər Lənkəran”a gəldiyim gündən bəri ilk dəfə idi ki, birinci hissədə bu qədər yaxşı oynadıq".


Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 27-ci turunda doğma meydanda "Sumqayıt"la 0:0 hesabı ilə bərabərə qalan "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak deyib. Oyunda reallaşdıra bilmədikləri qol epizodlarından danışan uelsli mütəxəssis fikrini belə izah edib: 

"Hər iki hissədə 4 real qol imkanımız oldu. Lakin rəqib qapıçısının inamlı oyununu qeyd etməliyəm. Əlinə düşən imkanlardan istifadə edə bilmədikdə bu nəticə ilə kifayətlənməli olursan. Fikrimcə, ən azı 2-0 hesabı ilə qalib gəlməli idik”.