Bu gün Topaz Premyer Liqasının 21-ci turunun növbəti oyunları keçirilir. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutacaq.
Turun ən maraqla gözlənilən görüşlərindən biri Qəbələdə baş
tutacaq. Burda yerli “Qəbələ” “Xəzər Lənkəran”la üz-üzə gələcək.
İlk altılıq ümidlərini hələ də saxlayan AZAL bu tur “Kəpəz”i
qəbul edəcək.
Turun mərkəzi qarşılaşmasında isə “Neftçi” “İnter”lə üz-üzə
gələcək.
Topaz Premyer Liqası
21-ci tur
23 fevral
15:00. QƏBƏLƏ - XƏZƏR LƏNKƏRAN
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Vüsal
Əliyev.
Qəbələ. Şəhər stadionu.
İdman Tv və Ya AzTv də Canlı yayımlanacaq.
İdman Tv və Ya AzTv də Canlı yayımlanacaq.
17:00. NEFTÇİ – İNTER
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev,
Elvin Əsgərov.
Bakı. Bakcell stadionu (8-ci km.).
18:00. AZAL - KƏPƏZ
Hakimlər: Rauf Cabbarov, Ramiz Əsədov, Elşən Acalov, Ramil
Diniyev.
Bakı. AZAL Arena.
Turun digər oyunları: Rəvan – Qarabağ – 2:3, Simurq – Bakı –
0:0. 24 fevral: Sumqayıt – Turan.
