“Xəzər Lənkəran” komandası Premyer Liqanın XXI turu çərçivəsində fevral ayının 23-də səfərdə “Qəbələ” klubu ilə görüşəcək.
Bu qarşılaşma cütlüyün tarixində 20-ci olacaq. Komandamız indiyə qədər “Qəbələ” ilə 19-oyunda üz-üzə gəlib ki, bunlardan 11-də qələbə qazandığı halda 5-görüşü heç-heçə bitirib. İndiyə qədər cəmi 3-oyunda komandamız “Qəbələ”yə məğlub olub. Komandamızın “Qəbələ” klubu ilə keçirdiyi oyunlarda məhsuldarlığı ilə seçilərək qapılara vurulan topların sayında rəqibdən ikiqat üstünlüyü də qeyd etmək olar. Top fərqi : “Xəzər Lənkəran” – “Qəbələ” 31: 15
“Xəzər Lənkəran” (o vaxtlar “Gilan” adlanan) “Qəbələ”
klubunun üzərində 2006/07 mövsümündə səfərdə qazandığı qələbə hesabına
ilk və hələki yeganə çempionluq sevincini yaşamışdır.
“Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakesi Azərbaycana
ilk gətirən də məhz “Qəbələ” klubu olmuşdur. Beləki, İspaniyanın “Barselona”
klubu ilə imzaladığı əməkdaşlıq müqaviləsinə əsasən bir neçə dəfə ölkəmizdə
olmuş Bakes, “Qəbələ” klubunun və klubun akademiyasının fəaliyyətinin peşəkar
yönümdə qurulmasında yaxından iştirak etmişdir. Karles Bakes “Qəbələ” klubunun
bazasında təşkil olunmuş seminarlarda çıxışlar etmiş eləcə də praktiki məşqələlər
zamanı həm əsas və əzəvedici heyətdə, eləcə də aşağı yaş qruplarında çalışan məşqçilərə
dərslər keçmişdir. Elə Lənkərana da ilk dəfə Bakes məhz “Qəbələ” klubunun əməkdaşları
ilə gəlmişdir. Bu 2012-ci ilin may ayının 5-də olmuşdur. Həmin gün “Fırtınalar
meydanı”nda “Xəzər Lənkəran” – “Qəbələ” oyunu keçirilmiş və 1:1 hesabı ilə nəticələnmişdi.
Bu qarşılaşma “Xəzər Lənkəran”ın 2004-cü ildən bəri iştirak etdiyi bütün
turnirlər nəzərə alnmaqla keçirdiyi 300-cü oyun olmuşdu.
“Xəzər Lənkəran”ın “Qəbələ” ilə bütün oyunlarının nəticələri:
2006/07 mövsümü
“Xəzər Lənkəran” – “Gilan” -4:0
“Gilan” – “Xəzər Lənkəran”-0:3
2007/08 mövsümü
“Xəzər Lənkəran” – “Qəbələ”-2:1
“Qəbələ” – “Xəzər Lənkəran”-1:1
2007/08 Azərbaycan kuboku, yarımfinal mərhələsi
“Qəbələ” – “Xəzər Lənkəran”-1:3
“Xəzər Lənkəran” – “Qəbələ”-1:1
2008/09 mövsümü
“Qəbələ” – “Xəzər Lənkəran” -0:1
“Xəzər Lənkəran” – “Qəbələ”-1:2
2009/10 mövsümü təsnifat mərhələsi.
“Qəbələ” – “Xəzər Lənkəran”-1:1
“Xəzər Lənkəran” – “Qəbələ” -1:0
2009/10 mövsümü final mərhələsi.
“Xəzər Lənkəran” – “Qəbələ” -4:1
“Qəbələ” – “Xəzər Lənkəran”-1:2
2010/11 mövsümü təsnifat mərhələsi.
“Xəzər Lənkəran”-“Qəbələ” -1:0
“Qəbələ” – “Xəzər Lənkəran”-1:0
2011/12 mövsümü təsnifat mərhələsi.
“Xəzər Lənkəran” – “Qəbələ” -2:1
“Qəbələ” – “Xəzər Lənkəran”- 2:1
2011/12 mövsümü final mərhələsi.
“Qəbələ” – “Xəzər Lənkəran”- 0:1
“Xəzər Lənkəran” – “Qəbələ” – 1:1
2012/2013 mövsümü təsnifat mərhələsi.
“Xəzər Lənkəran” – “Qəbələ” – 1:1
“Qəbələ” – “Xəzər Lənkəran” – ? : ?
Səhifəni hazırladı: NƏBİOĞLU / 12cioyuncu.info
