19 Şubat 2013 Salı

Marin Orsuliç: "Qəbələyə 3 xal dalınca gedəcəyik"



"Xəzər Lənkəran"ın xorvatiyalı futbolçusu Marin Orsuliç "Turan"ı məğlub etdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Sportinfo.Az-a açıqlamasında Orsuliç görüşdə ilk dəqiqələrdən üstün oynadıqlarını və hədəflərinin 3 xal olduğunu bildirdi: "Bizim qələbə qazanmağımız çox vacib idi. Biz 3 xal almaq üçün meydana çıxmışdıq. İlk hissəni 3:1 hesabı ilə öz xeyirimizə başa vurduq. Yaxşı oynamağımızdan çox qələbə qazanmağı düşünürdük. Çünki ilk "altılığ"a düşməyi özümüzə borc bilirik. Komanda oyunu oynayırıq. Buraxdığımız qolda müdafiənin elə də səhvi yoxdur. 2 qol buraxdıq, əvəzində 4-ünü vurduq. Qələbədə hər kəsin payı var".
Həftəsonu qarşılaşacaqları "Qəbələ" oyununa da toxunan yarımmüdafiəçi rəqiblərinin çox güclü komanda olduğunu dedi: "Qəbələ" yaxşı komandadır. "İnter"lə oyunda çox yaxşı təsir bağışlamışdılar. Amma Qəbələyə 3 xal dalınca gedəcəyik".