"Bakı"nın yeni qapıçısı Kamran Ağayevin "Rekord.az"-a müsahibəsi.
- “Bakı”ya keçidin haqda öyrənmək istərdik...
- “Bakı”ya keçidim öz seçimin idi. Bir müddət idi futbol oynamırdım, artıq məşqlərdən də qalmışdım. Ancaq başlamışam toparlanmağa. Demək olar, tam hazıram. İnşallah, yaxın gələcəkdə oynayaram.
- “Bakı”ya keçidim öz seçimin idi. Bir müddət idi futbol oynamırdım, artıq məşqlərdən də qalmışdım. Ancaq başlamışam toparlanmağa. Demək olar, tam hazıram. İnşallah, yaxın gələcəkdə oynayaram.
- Komanda yoldaşın Elvin Məmmədovla söhbətimizdə sənin təcrübənə
şübhəsi olmadığına, ancaq bir müddət futboldan uzaq qaldığın üçün psixoloji
baxımından toparlanmağa ehtiyacın olduğunu dedi. Hazırda psixoloji baxımdan
özünüzü tam hazır hesab edirsən?
- Bir-iki artıq-əskiyim var. Onları bərpa etmək lazımdı. Belə xırda məsələlər var, onları yol üstə qoyum, İnşallah, hər şey yaxşı olacaq. Futbol üçün darıxmışdım, əsas odu ki, futbola gəlmişəm. Ona görə də, artıq gərginlik yoxdu.

- Uzun illər eyni komandanın, yəni "Xəzər Lənkəran”ın heyətində olmusan. İndi necə, başqa komandaya öyrəşmək çətin deyilki?
- Afrikadan gəlməmişik ki, azərbaycanlıyıq. Məcburiyyət qarşısında da olsa,
uyğunlaşmalıyıq. İşimiz budu.
- Bildiyimə görə, sənin işlərinlə atan da yaxından maraqlanır. Ailən necə, yeni klubun haqda nə fikridədilər, razıdılarmı seçimindən?
- Xeyr, atam bu işlərə qarışmır. Bu mənim şəxsi həyatım, mənim karyeramdı. Hər
kəsin valideyni istəyər ki, övladı uğur qazansın. Ürəylərincə olsa da, olmasa
da. Bu yolu özüm seçmişəm. 11 yaşımdan özüm öz məqsədimi qarşıma qoymuşam, daha
ata-ana qucağında böyüməmişəm. Nəsə əldə etmək üçün, əziyyət çəkmək lazımdı.
- Xoşbəxtsən?
- Əsas odu ki, qulağım-başım dincdi. Bəzi mətbuat işçiləri var ki, deyirlər ki, o xasiyyətcə pis adamdı. Məni tanımayan biri haqqmda danışmasın. Haqqı tapdalamağı xoşlamıram. O, insanlar şərəfsiz insanlardılar ki, tanımadıqları biri haqda belə düşünürlər. Kiminsə ağzından eşitdiyinə inanmamalısan, gərək özün tanıyasan.

- Futboldan kənar qaldığın müddət sənin üçün necə keçdi?
- Ümumiyyətlə, düşünmürdüm yenidən futbol oynayacağımı. Çünki bəzi şeylər xətrimə dəydi. Ümid edirdim, vaxtımı gözləyirdim. Sağ olsunlar, həmin vaxtlarda da maraqlananlar çox idi. Müqaviləmin bitməsinə 6 ay qalmışdı. Düşündüm, “Bakı”nı seçdim və bu komandaya keçdim.
- “Bakı” ilə müqavilənin şərtləri necədi?
- Onu açıqlamayım. Bizə məxsus olan şeylərdi.
- Onu açıqlamayım. Bizə məxsus olan şeylərdi.
- Ancaq bir müddət söhbət vardi ki, “Neftçi”yə keçəcəksən...
- Heç nədən qorxmuruq ki. Mənim Mübariz müəllimə də, Mais müəllimə də böyük hörmətim var. Mən Tuyğun deyiləm ki, danışığımın “dalını-qabağ”ını bilməyəm. Demişəm ki, “Neftçi”də oynamaram, demək oynamaram. Halbuki “Neftçi”yə keçməyə ixtiyarım vardı. Niyə? Çünki “Xəzər Lənkəran”dan imtina edib getməyəcəkdim “Neftçi”yə, “Xəzər Lənkəran” məndən imtina edib. Ona görə də, getməyə haqqım çatırdı. Yenə deyirəm, bayaq adın çəkdiyim insan kimi, elə “T” yazarsız hər kəs başa düşəcək, onun kimi deyilik, danışanda sözümüzün arxasında dururuq. Ən əsası, Lənkəranda məni sevən azarkeşlər var. Ola bilər keçərdim “Neftçi”yə. Ancaq bağışlasınlar, hazırda ora keçmək fikrində deyildim.
- Demək, “Neftçi”dən təklif vardı?
- Bəli, olmuşdu. O komandanın rəhbəri elə bir insandı ki, Azərbaycan futbolunu düşünən bir insandı. Həmçinin də, “Bakı” rəhbərliyi. Düşünməsələr, bu gün bu şəraiti qurmazlar. Hamı deyir ki, son illərin yetişdirdiyi bir-iki futbolçu varsa, biri Kamran Ağayevdi. Ancaq futbolu düşünən komanda belə etməzdi.
- “Bakı” və “Neftçi”dən başqa hər hansı Azərbaycan və ya xarici klublardan təklif olmuşdu?
- Azərbaycandan da olmuşdu, xaricdən də. Sadəcə, hazır vəziyyətdə deyildim deyə, Azərbaycandan kənara çıxmadım. Çünki hansısa bir ölkəyə gedib, geri qayıdılmağı özümə yaraşdırmıram. “Bakı”da oynayım, formamı geri qaytarım, ondan sonra Avropada oynamağı mən də istərəm.Bu elə bir klubdur ki, rəhbərlik elə insanlardı ki, Avropada futbol oynamaq istəsən, heç vaxt mane yaratmazlar. “T” kimi deyillər.
- “Bakı” demək olar ki, tarixinin ən uğursuz mövsümünü
yaşayır. Komandanın bu durumu haqda fikirlərin...
- Sadəcə, boşluqlar olub. Bu fikrilər isə komandada “soxranit” olub, “udalit” etmək lazımdı. Elə bil bu düşüncə formalaşıb futbolçularda. İmkanları vaxtında dəyərləndirmək lazımdı. Özümüz belə yerə gətirib çıxarmışıqsa, bunu da özümüz düzəltməliyik. “Bakı”da çoxdan belə adət var, çempionatı psi başlayırlar, sonra toparlanırlar. İnanmıram daha pis olsun, çünki elə transferlər ediblər ki, hamısı təcrübəli futbolçulardı. İnanmıram belə səhvlərə yenə yol verilə.

Röya Kərimli