“Gərgin oyun oldu. İlk dəqiqələrdə qol buraxmağımıza baxmayaraq, tədricən oyunda üstünlüyü ələ aldıq. Bir neçə qol imkanı yaratsaq da, bunlardan istifadə edə bilmədik”.
“Qəbələ” ilə matçın əvvəlində və sonunda buraxdıqları topla məğlub olan “Xəzər Lənkəran” ilk “altılıq” şanslarını çətinə salıb. O bunda günahı yetirmələrində və hakimlərdə görüb: “İlk dəqiqələrdə qol buraxmaq hansısa faciənin başlanğıcı olmalıdır. Biz ərazi üstünlüyünə malik idik. Bu üzdən qol vurmalı idik, ancaq fərqlənə bilmədik. Başa düşmürəm ki, daha fərqlənmək üçün nə qədər təhlükəli epizod yaratmaq lazımdır? Hakimlikdən də narazıyam. Hakimlər yüzfaizli penaltimizi vermədi”.
