28 Ocak 2013 Pazartesi

“Xəzər Lənkəran”ın sonuncu rəqibi məlumdur



Antalyadakı təlim-məşq toplanışı çərçivəsində "Xəzər Lənkəran"ın fevralın 2-ə nəzərdə tutulan son yoldaşlıq oyunundakı rəqibi müəyyənləşdi. Bu, Bolqarstanın Premyer Liqa təmsilçisi "Etar" klubudur.


Bu oyundan sonra komandamız Antalyada daha 2 gün hazırlıq keçib Vətənə dönəcək.

Hazırda isə məşqlər davam edir, komandamız növbəti rəqiblə görüşə hazırlaşır. Xəbər verdiyimiz kimi, yanvarın 30-da "Xəzər Lənkəran" Moldovanın "Zimbru" klubu ilə qarşılaşacaq.